Şükrün həqiqətini əldə etmək üçün bunu etməli
Mьəllif: admin1
Tarix: 6-01-2021, 11:51
Şükrün həqiqətini əldə etmək üçün bunu etməli
Müqəddəs Quranın ayələri barəsində bir qədər düşündükdən sonra, bu qəanətə gəlmək olur ki, şükür etmək ancaq dildə şükür etmək deyildir.

Baxmayaraq ki, dildə şükür etmək də şükrün bir mərtəbəsini təşkil edir, ancaq bu miqdar kifayət deyildir. Quran şükür edənlərin sayını az hesab edir. “Mənim bəndələrimdən şükür edən azdır”. (“Səba” 13).

Şükrü dildə səsləndirmək – ən asan işdir. Şükür əgər ancaq dildə deyilərsə, həqiqi şükür olmaz. Şükür o zaman həqiqi olur ki, həmin neməti yaradılma hədəfinə görə istifadə edəsən. Bu zaman şükür öz həqiqi mənasını tapır.

Misal üçün, Allah gözü halallara baxmaq üçün xəlq etmişdir. Əgər insan ondan naməhrəmə baxmaq üçün istifadə edərsə, bu zaman naşükürlük etməmiş olar. O, verilən nemətə küfr edər.

“Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik – istər şükür edən olsun, istərsə də nankor”. (“İnsan” 3).

Bu ayədən də göründüyü kimi, şükür etmək – Siratul-müstəqim yoluna addım atmaqdır. Bu dünyada yaradılan heç bir şey əbəs yerə deyildir. Hər bir yaradılış öz hədəfinə uyğun hərəkət etməlidir.

Həmçinin yaradılan nemətlər də hədəfinə uyğun istifadə olunmalıdır. Ona görə də deyə bilərik ki, həqiqi şükür odur ki, insan ona verilən nemətləri, onların hədəfi yolunda istifadə etsin.

İmam Əli (ə) buyurur: “Əgər insanlar onlara bədbədxtlik üz verən zaman və İlahi nemətlər zay olan zaman sidqi niyyət və Allaha şövqlə olan qəlblə Ona tərəf üz tutarsa, Allah əldən getmiş hər bir neməti geri qaytarar və hər fəsadı islah edər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930