Kimlər nicat və səadət əhlidir?
Mьəllif: admin1
Tarix: 5-01-2021, 22:24
Kimlər nicat və səadət əhlidir?
Qurani-Kərimdə nicat tapıb səadət və qurtuluşa çatmaq üçün müxtəlif amillər qeyd edilmiş, kimlərin nicat və səadət əhli olduğu tanıtdırılmışdır. Biz burada bu mövzuya toxunan ayələrə işarə edirik:

1. Nəfsin saflaşdırılması və ruhun tərbiyəsi:

قَدْ أَفْلَحَ مَن زَكَّاهَا
“Nəfsini saflaşdıran, həqiqətən, nicat tapmışdır!” (“Şəms”, 9.)

قَدْ أَفْلَحَ مَن تَزَكَّى

“Saflaşan (günahlardan paklanan) kimsə, həqiqətən, nicat tapmışdır!” (“Əla”, 14.)

2. Allah yolunda cihad etmək:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَابْتَغُواْ إِلَيهِ الْوَسِيلَةَ وَجَاهِدُواْ فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ

“Ey iman gətirənlər! Allahdan qorxun, Ona doğru vəsilə axtarın. Onun yolunda cihad edin ki, nicat tapasınız!” (“Maidə”, 35.)

3. Təqvalı olmaq və Allahdan qorxmaq:

فَاتَّقُواْ اللّهَ يَا أُوْلِي الأَلْبَابِ لَعَلَّكُمْ تُفْلِحُونَ

“Ey ağıl sahibləri, Allahdan qorxun ki, nicat tapasınız.” (“Maidə”, 100.)

4. Səbir etmək, dözümlü olmaq və müqavimət göstərmək:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اصْبِرُواْ وَصَابِرُواْ وَرَابِطُواْ وَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ

“Ey iman gətirənlər! Səbir edin, dözün, (düşmən qarşısında) müqavimət göstərin (sərhəddin keşiyində dayanın) və Allahdan qorxun ki, nicat tapasınız!” (“Ali-İmran”, 200.)

5. Allahın nemətlərini xatırlamaq:

فَاذْكُرُواْ آلاء اللّهِ لَعَلَّكُمْ تُفْلِحُونَ

“Allahın nemətlərini yada salın ki, nicat tapasınız!” (“Əraf”, 69.)

6. Allaha ibadət etmək və yaxşı işlərlə məşğul olmaq:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ارْكَعُوا وَاسْجُدُوا وَاعْبُدُوا رَبَّكُمْ وَافْعَلُوا الْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ

“Ey iman gətirənlər! Rüku edin, səcdəyə düşün, Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız!” (“Həcc”, 77.)

7. Tövbə etmək:

وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَا الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ

“Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!” (“Tövbə”, 103.)

8. Allahı zikr (yad) etmək:

وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَّعَلَّكُمْ تُفْلِحُونَ

“Allahı çox zikr edin ki, nicat tapasanız!” (“Cümə”, 10.)

Kimlər nicat və səadət əhlidir?

1. Təqvalılar:

أُوْلَـئِكَ عَلَى هُدًى مِّن رَّبِّهِمْ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ

“Məhz onlar (təqvalılar) öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapıb səadətə yetənlər də onlardır.” (“Bəqərə”, 5.)

2. Yaxşılığa dəvət edib pislikdən çəkindirənlər:

وَلْتَكُن مِّنكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ

“(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən, nicat tapmış şəxslərdir.” (“Ali-İmran”, 104.)

3. Qiyamətdə əməl tərəzisi ağır olanlar:

وَالْوَزْنُ يَوْمَئِذٍ الْحَقُّ فَمَن ثَقُلَتْ مَوَازِينُهُ فَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ

“O gün (Qiyamət günü) çəki (əməllərin tərəzidə çəkilməsi) haqdır. Tərəziləri ağır gələnlər (yaxşı əməlləri çox olanlar) nicat tapanlardır!” (“Əraf”, 8.)

4. Peyğəmbəri-Əkrəm (s) və Qurani-Kərimə tabr olanlar:

الَّذِينَ يَتَّبِعُونَ الرَّسُولَ النَّبِيَّ الأُمِّيَّ... وَاتَّبَعُواْ النُّورَ الَّذِيَ أُنزِلَ مَعَهُ أُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ

“O kəslər ki, ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş) rəsul və peyğəmbərə tabe olurlar... Onunla nazil olan nura (Qurana) tabe olanlar həmin nicat tapanlardır!” (“Əraf”, 157.)

5. Canı və malı ilə cihad edənlər:

لَـكِنِ الرَّسُولُ وَالَّذِينَ آمَنُواْ مَعَهُ جَاهَدُواْ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ وَأُوْلَـئِكَ لَهُمُ الْخَيْرَاتُ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ

“Lakin Peyğəmbər və onunla birlikdə iman gətirən kəslər malları və canları ilə cihad etdilər. Bütün xeyrlər məhz onlarındır, nicat tapanlar da məhz onlardır!” (“Tövbə”, 88.)

6. Hizbullah (Allah ordusu):

أُوْلَئِكَ حِزْبُ اللَّهِ أَلَا إِنَّ حِزْبَ اللَّهِ هُمُ الْمُفْلِحُونَ

“Onlar Allahın ordusudurlar. Bilin ki, Allahın ordusu məhz onlar nicat tapanlardır.” (“Mucadələ”, 22.)

7. Nəfsini xəsislikdən qoruyanlar və səxavətlilər:

وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ

“Nəfsinin xəsisliyindən qorunn kəslər – məhz onlar nicat tapanlardır!” (“Həşr”, 22; “Təğabun”, 16.)


Maide.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031