İt, gözəl insanı qəbirdən niyə uzaqlaşdırdı?
Mьəllif: admin1
Tarix: 5-01-2021, 22:12
İt, gözəl insanı qəbirdən niyə uzaqlaşdırdı?
Mühəddis Qumi Bərzəx aləmindən belə bir əhvalat nəql edir: “Arif insanlardan biri bir gün Şeyx Bəhaya deyir: Mən qəbiristanlıqda bir gün əvvəl qəribə bir şey müşahidə etdim.

Gördüm ki, camaat bir cənazə gətirir və onu basdırıb qayıdır. Bir neçə saat sonra həmin qəbirdən elə xoş iy gəlməyə başladı ki, bu dünyanın iylərindən deyildi.

Sağa və sola baxdım ki, görəsən bu iy haradan gəlir və bir cavan gördüm ki, həmin qəbrə tərəf gedir. Gedib həmin qəbrə çatdı və onun yanında əyləşdi və sonra yoxa çıxdı. Sanki qəbrin içinə girdi.

Bir qədər keçməmiş gördüm ki, qəbirdən çox pis iy gəlməyə başladı. Gördüm ki, bir it də həmin qəbrə tərəf getməkdədir və sonra qəbrin yanında yoxa çıxdı. Mən çox təəccüb etdim.

Və elə bu halda idim ki, öncəki cavan qəbirdən çıxdı. Halı pis idi və paltarları cırılmışdı. Onun ardınca getdim və ondan xahiş etdim ki, mənə baş verənlər haqqında məlumat versin.

Dedi: “Mən – bu meyitin saleh əməlləriyəm. Məmur edilmişdim ki, onunla qəbirdə birlikdə olam. Ancaq gördüyünüz o it – onun pis əməlləri idi. Mən istədim ki, onu qəbirdən çıxardım, ancaq o, məni dişlədi və məni yaraladı.

Mənə imkan vermədi ki, meyitlə birlikdə olam. Ona görə də qəbirdə qala bilmədim və bayıra çıxıb onu tək qoydum”.

Allah, Allah!

Bizləri bu aqibətdən uzaq et!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930