Yoxsulun varlanması üçün etdiyi duaya görə, Həzrət Musa (ə) niyə tövbə etdi?
Mьəllif: admin1
Tarix: 5-01-2021, 22:10
Yoxsulun varlanması üçün etdiyi duaya görə, Həzrət Musa (ə) niyə tövbə etdi?
Həzrət Musa (ə) bir yoxsulu görür ki, yoxsulluğun şiddətindən çılpaq halda qumun üzərində uzanmışdır.

Ona yaxınlaşan zaman yoxsul deyir: “Ey Musa! Allaha dua et ki, mənə az da olsa, qazanc versin. Taqətsizlikdən canım boğazıma yığılmışdır”.

Həzrət Musa (ə) onun üçün dua edir və oradan gedir. Bir neçə gün sonra Musa (ə) yenə həmin yolla gedirdi, görür ki, həmin yoxsulu həbs edirlər. Çoxlu insan onun ətrafında toplaşmışdır. Soruşur ki, nə baş vermişdir?

Deyirlər ki, indiyə qədər pulu olmamışdır. Amma indi ki, pul əldə etmişdir – şərab içib sərxoş olmuş və insan öldürmüşdür. İndi onu həbs edirlər ki, edam etsinlər.

Həzrət Musa (ə) bu kişinin yoxsulluğu ilə bağlı Allahın hikmətini başa düşür və etdiyi duaya görə tövbə edir.



/Deyerler.org/


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930