Əgər bu ölülərə danışmaq icazəsi verilsəydi, sizə deyərdilər…
Mьəllif: admin1
Tarix: 3-01-2021, 20:51
Əgər bu ölülərə danışmaq icazəsi verilsəydi, sizə deyərdilər…
İmam Səccad (ə) buyurur: “Qəbir ya behişt bağlarından biridir, ya da cəhənnəm çuxurlarından biri”.

Ümər ibni Yəzid nəql edir ki, İmam Sadiqdən (ə) soruşur: “Siz buyurursunuz ki, bizim davamçılarımızın hamısı behiştdə olacaqlar”.

Həzrət (ə) buyurur: “Düz deyirsən. Allaha and olsun ki, onların hamısı behiştdə olacaqlar”.

Sual verir: “Qurbanın olum, günahlar çox və böyükdür”.

Həzrət (ə) buyurur: “Sizlər hamınız itaət etdiyiniz Peyğəmbərin (s), ya Peyğəmbərin (ə) vəsisinin şəfaətinə görə behiştdə olacaqsınız. Ancaq mən sizin üçün bərzəxdən qorxuram”.

Sual verir: “Bərzəx nədir?”.

Həzrət (ə) buyurur: “İnsan ölən zamandan qəbri Qiyamətə qədər”.

Əmirəl-möminin (ə) Siffeyn döyüşündən qayıdan zaman Kufə darvazasının arxasında olan qəbiristanlıqda dayanır və ölülər ilə belə söhbət edir: “Siz ey dəhşət gətirən karvansarayların, otsuz və bitkisiz yerlərin, qaranlıq qəbirlərin sakinləri! Ey tənha olanlar! Ey dəhşətə düşənlər!

Biz bu yaxınlarda sizə qoşulacağıq. Əgər evlərinizdən, həyat yoldaşı və mallarınızdan xəbər tutmaq istəyirsinizsə, bilin ki, evlərinizdə başqaları məskun olmuşdur. Həyat yoldaşlarınız ərə getmişdir.

Mallarınız varislik hökmünə görə bölünmüşdür”.

Sonra İmam (ə) səhabələrinə buyurur: “Əgər bu ölülərə danışmaq icazəsi verilsəydi, sizə deyərdilər: “Bu qəmli səfər üçün ən yaxşı azuqə – təqvadır””.

Həzrət Peyğəmbər (s) Ühüd şəhidlərinə işarə edir və buyurur: “Ey insanlar! Onları ziyarət edin və onların sorağına gedin. Onlara salam verin.

Canım əlində olan Kəsə and olsun ki, elə bir müsəlman yoxdur ki, Qiyamət gününə qədər onlara salam göndərməsin, məgər o halda ki, salamın cavabını verərlər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930