Namazda qəlb hüzurunun olmamasının səbəbi nədir?
Mьəllif: admin1
Tarix: 3-01-2021, 11:02
Namazda qəlb hüzurunun olmamasının səbəbi nədir?
İnsan gərək bacardığı qədər xeyir işlər üçün səy göstərsin və pis işlərdən çəkinsin. Əgər hansısa işi ləng gedərsə, düşünsün ki, kimin qəlbini qırmışdır və ya kimə pislik etmişdir.

Əgər namazda qəlb hüzuru yoxdursa, baxsın görsün səbəbi nədədir.

İmam Səccad (ə) Əbu Həmzə Somali duasında buyurur: “Hər kəslə söhbət edən zaman şad oluram. Ancaq elə ki, namaz üçün dayanıram – diqqətim dağılır”.

Sonra bunun üçün 11 səbəb gətirir. Bir yerdə deyir ki, o zaman ki, təkbiri deyirəm, sadiqcəsinə demirəm. Dilimdə təkbir deyirəm, ancaq ürəyimdə demirəm.

Ona görə baxmaq lazımdır ki, namazda qəlb hüzurunun olmamasının səbəbi haradadır. Uca Allah tez razı olandır və üzrlərimizi qəbul edəndir.

“Kumeyl” duasında oxuyuruq: “Ey o kəs ki, tez razı olur”. Həmçinin Allah Təala Quranda Özünü tövbəkarları sevən kimi tanıtmışdır.

Ona görə də əgər Allahdan istəsək, halımızı daha yaxşı tərəfə çevirər. O zaman ki, insanın qəlbində kin olar, halını necə dəyişə bilər ki?

Uca Allah buyurur ki, qəlbini Mənim üçün saf et. Ona görə də harada çətinliyimiz yaranırsa, öz əməllərimizin nəticəsinə görədir. Eləcə də ibadətlərimizdə də o cürdür.

Əgər ibadətlərimizi ixlasla yerinə yetirməsək, qəlb hüzuru əldə edə bilməyəcəyik. Əgər ibadətlərimizdə qəlbimiz başqa mövzularla məşğul olarsa, qəlb hüzuru əldə edə bilməyəcəyik.

Bu səbəbdən, ilk olaraq qəlbimizə diqqət etməliyik və onu saflaşdırıb paklamalıyıq. Ancaq bundan sonra qəlb hüzuru əldə edə bilərik.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930