Allah bəzən az ruzi verir, bəzən çox... Niyə?
Mьəllif: admin1
Tarix: 2-01-2021, 16:55
Allah bəzən az ruzi verir, bəzən çox... Niyə?
Allah ruzi verəndir. Həm ruzinin çox olması Onun iradəsindən asılıdır və həm də az olması.

Əgər kimsə belə düşünsə ki, Allah hamıya çoxlu ruzi verir – səhv etmiş olar. Çünki Allah Təala Qurani-Kərimin heç bir yerində buyurmur ki, O, hamıya çoxlu ruzi verəndir.

Əslində buyurur: “İstədiyi kəs üçün (maddi və mənəvi) ruzini çoxaldan və ya azaldan Allahdır! Onlar (kafirlər) dünya həyatına sevinirlər, halbuki, dünya həyatı axirət müqabilində (cüzi) bir paydan başqa bir şey deyildir”. (“Rəd” 26).

Başqa yerdə buyurur: “Həqiqətən sənin Rəbbin istədiyi şəxs üçün ruzini genişləndirər və (istədiyi şəxs üçün də) daraldar. Əlbəttə, O, həmişə Öz bəndələrindən xəbərdar və (onları) görəndir (onların fərdi və ictimai hallarını bilir)”. (“İsra” 30).

“De: «Həqiqətən, mənim Rəbbim (ümumun mənafeyinə və quruluşun zərurətinə əsasən) istədiyi şəxs üçün ruzini bol edər və azaldar. (Bunlar həmin şəxslərə qarşı məhəbbətin və nifrətin əlaməti deyildir) və lakin insanların çoxu (bunu) bilmir»”. (“Səba” 36).

Beləliklə, deyə bilərik ki, əgər kimsə düşünürsə ki, Allah hamıya çoxlu ruzi verir – səhv edir. Allah özü Quranda bəyan edir ki, insanların bəzisinə çox və bəzilərinə az ruzi verir.

Əlbəttə, nə az verməyi həmişə qəzəbinə görədir, nə də çox verməyi həmişə rəhmətinə görə. Bəzən az verməyi rəhməti üzərindən olar, bəzən də çox verməyi. Bəzən də az və çox verməyi qəzəbi üzərindən olar.

Hər bir halda bu, Allahdır ki, insanların ruzini verir və kimə az və kimə çox verəcəyini hamıdan yaxşı bilir. (Beytutə)

Uca Allah ruzini Öz hikmətinə uyğun verir. Ruzi – imtahan vasitəsidir. Az və ya çox olması – insanın imtahanıdır. Bəzən az olanda insanın xeyrinədir, bəzən çox olanda.

Allah Təala bizləri imtahandan layiqincə çıxanlardan qərar versin, inşəallah!



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031