Bəndədən ilk soruşulacaq şey
Mьəllif: admin1
Tarix: 2-01-2021, 11:42
Bəndədən ilk soruşulacaq şey
İnsanı kamala çatdıra bilən ən mühüm vasitələrdən biri – namazdır. Məsumlarımızın (ə) namaz haqqında buyuruşlarına diqqət edək.

İslam dininin ən üstün ibadəti.

Bir gün Əbuzər Həzrət Peyğəmbərdən (s) soruşur ki, siz bizə namaz qılmağı əmr etmisiniz. Bəs, namaz nədir? Həzrət (s) buyurur: “Namaz – ən üstün şeydir ki, İslamda təyin edilmişdir”.

Ən üstün əməldir.

İmam Əli (ə) buyurur: “Sizə namazı və onu qorumağı tövsiyə edirəm. Həqiqətən, namaz – ən üstün əməllərdəndir”.

Ən fəzilətli əməldir.

Bir nəfər İmam Sadiqə (ə) sual verir ki, Allahı tanıdıqdan sonra ən üstün əməl hansıdır? Həzrət (ə) buyurur: “Heç bir şey, Allahı tanıdıqdan sonra, namazın ayağına (dərəcəsinə) çatmaz”.

Dinin sütunudur.

Həzrət Peyğəmbər (s) buyurur: “Namaz – xeymənin sütunu kimidir. Necə ki, xeymədə sütun aşarsa, xeymənin mıxı və kəndiri fayda verməz. Əgər sütun sınarsa – nə kəndir fayda verər, nə mıx. Namaz da İslam dinində o cürdür”.

Allahın ən sevimli əməlidir.

İmam Sadiq (ə) buyurur: “İzzət və Cəlal sahibi olan Allah yanında ən sevimli əməl – namazdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir şeyin üzü vardır və sizin dininizin üzü – namazdır. Dininizin üzünü çirkin etməyin”.

Qiyamət günü ilk soruşulan əməl.

İmam Baqir (ə) buyurur: “(Qiyamət günü) bəndədən ilk hesabı çəkilən şey – namazdır. Əgər o qəbul olarsa, başqa əməllər də Allah Təala tərəfindən qəbul olunacaqdır”.

Beləliklə deyə bilərik ki, hər kim kamala çatmaq istəyir və təqvalı olmaq istəyirsə, gərək namazına diqqət etsin və onu vaxtında, qəlb hüzuru ilə yerinə yetirsin. Çünki namaz – insanı Allaha yaxınlaşdıran və kamala çatdıran ən mühüm vasitədir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930