Elə qəm-qüssə var ki, insanı inkişafa aparır
Mьəllif: admin1
Tarix: 2-01-2021, 11:39
Elə qəm-qüssə var ki, insanı inkişafa aparır
Biz adətən bir şeyi əldən verən zaman çox qəmgin oluruq. Ancaq islah olmaq zəminələrini əldə verdiyimiz üçün heç qəmgin olmuruq. Biz adətən filan malı əldən verən zaman narahat oluruq.

Ancaq heç bir zaman düşünmürük ki, niyə filan pis sifətə malikik? Niyə təfəkkür əhlindən deyilik? Niyə ömrümüz gedir, ancaq özümüzü islah etmirik? Niyə çatışmazlıqlarımıza görə qəmgin olmuruq?

Əlbəttə, bəzən özümüzü islah etmək haqqında düşünürük. Ancaq ömrümüzü və fürsətləri əldə verdiyimizə görə qəmgin olmuruq. Bu, çox mənfi haldır.

Əgər fürsətləri əldən verdiyimizə görə qüssələnsək – belə qəm və qüssəyə malik olmaqlıq bizi irəli aparar və tərəqqi etdirər. Əks halda yersiz qəm və qüssənin halımıza faydası olmaz.

İnsan əgər təfəkkür etsə, görər ki, həyat fürsətini boş işlər üçün xərcləmişdir. Bu cür təfəkkür onun irəli getməsi üçün mühərrik olar.

İnsanlar adətən şad olmağa meyillidirlər və qəmgin olmaqdan qaçırlar. Halbuki, bəzi qəmlər onları tərəqqi etdirə bilər. Bəzən qəmgin olmaq bizə təfəkkür etmək imkanı yaradar və bu zaman özümüz və ətrafımızda olanlar haqqında düşünməyə başlayarıq. Bu da hadisələrə və rabitələrə daha müsbət çərçivədən baxmaq imkanı yaradar.

Başqa sözlə desək, biz qəmgin olan zaman bu, o demək deyildir ki, çətinlikdə deyilik. Bəlkə qəm və qüssə bizə yardım edir ki, bu çətinliklə üzləşək və həmin hadisəni qəbul edək. Qəm və qüssə bizi qəbul etmək sifətinə adət etdirər.

Ancaq mühüm budur ki, qəm və qüssəni necə yönəldirsiniz. Qəmgin olmaq – depressiyaya düşmək demək deyildir.

Qəmgin olmaqla depressiyanın fərqi – onların nə qədər müddət insan ruhiyyəsinə təsir etməsi ilə müəyyən olunur. Əgər qısamüddətli olarsa – qəmdir, yox, əgər uzunmüddətli olarsa – depressiyadır.

Hər bir halda deyə bilərik ki, qəm və qüssənin elə növü vardır ki, insanı irəli aparar və tərəqqi etdirər. İnsana təfəkkür etmək üçün zəminələr verər ki, bu da insanın özünü islah etməsinə gətirib çıxardar.

Amma, eyni zamanda, qəm ovqatının insana hakim kəsilməsinə də imkan vermək olmaz.

İmam Əli (ə) buyurur: “Qəlbini keçmiş qəm ilə məşğul etmə ki, gələcəyə hazırlaşmaqdan qalmayasan”.

Çox az insan vardır ki, həyatında heç səhv etməsin. Fürsətləri əldən verməsin. Bu halda insanlar iki dəstəyə bölünürlər. Bir dəstə vaxtlarını keçmişə görə qəm yeməklə keçirirlər. Qalan enerjilərini bu yolda xərcləyirlər.

Ancaq ikinci dəstə keçmişi keçmişdə qoyur və onu unudurlar. Və keçmişlərindən, ancaq gələcəkdə ibrət götürmək üçün istifadə edirlər. Bütün enerjilərini bu günə və gələcəyə sərf edirlər.

Əlbəttə ki, müvəffəq olan insanlar da məhz onlardır. Necə ki, İmam Əli (ə) bizə bunu tövsiyə etmişdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930