Əllamə Misbah Yəzdi - dövrümüzün Şəhid Mürtəza Mütəhhərisi (r.ə.) idi...
Mьəllif: admin1
Tarix: 2-01-2021, 11:31
Əllamə Misbah Yəzdi - dövrümüzün Şəhid Mürtəza Mütəhhərisi (r.ə.) idi...
Hamımız Allahdan gəlmişik və Ona doğru qayıdacağıq.

Bismilləhir-Rahmənir-Rahim!

Əllamə Muhəmməd Təqi Misbah Yəzdinin (r.ə) uca ruhunun ali mələkut aləminə qovuşması xəbərini böyük kədər və ürək ağrısı ilə aldıq.

Böyük alimin 86 yaşı var idi.

Əllamə Muhəmməd Təqi Misbah Yəzdi (r.ə) böyük fəqih, filosof, arif, əxlaq ustadı, müfəssir olmaqla yanaşı, Ali Məqamlı Rəhbər Ayətullahul-Üzma İmam Seyyid Əli Xamenei cənablarının (d.b) bir mücahid Əmmarı idi...

O, Əllamə Seyid Muhəmməd Hüseyn Təbatəbainin (r.ə.) elmi irsini konseptual nəzəriyyə halına gətirmiş came və əqlaniyyət mehvərli bir düha idi.

Vətənimizin insanı, 90-cı illərin əvvəllərindən başlayaraq, Əllamənin əqaid, əxlaq, təfsir, insanşünaslıq üzrə tərcümə edilmiş elmi əsərlərindən və ümumən fəlsəfi, kəlami, rasional mehvərli və eyni zamanda irfani-əxlaqi zövqlə qidalanmiş irsindən ibarət bir böyük mənəvi xəzinəyə əlçatarlıq əldə etmişdir.

Ali Məqamlı Rəhbərin (d.b) təbiri ilə desək, Əllamə Misbah Yəzdi - dövrümüzün Şəhid Mürtəza Mütəhhərisi (r.ə.) idi.

"Alim öldü - aləm öldü" buyuruşunun canlı nümunəsidir bu itki...

Təskinliyimiz bir ondadır ki, onun yorulmaz akademik və maarifçi fəaliyyətinin bərəkətinə onminlərlə yüksək səviyyəli elm və əməl sahibi olan mücahid rəbbani alim və maarifçi nəsil yetişmişdir.

Bu, yeri dolmayan ağır itki münasibətilə canımız qurban olduğu Zəmanə İmamı (ə.f.) başda olmaqla, Vilayət mənsəbinə (d.b) və bütün ümmətə ərzi-təsliyyətimizi çatdırırıq.

Allahın həqir bəndəsi

İlqar İbrahimoğlu

01.01.2021

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031