Yoxsullara yardım etməyin düz yolu
Mьəllif: admin1
Tarix: 29-12-2020, 22:00
Yoxsullara yardım etməyin düz yolu
Müqəddəs Quranın bəzi ayələrində yoxsullara kömək etməyə işarə edilmiş və onun yollarını bizə tanıdılmışdır.

Buyurulmuşdur ki, yoxsula yardım edən zaman riyadan və lovğalıqdan uzaq olun.

“Həmin o kəslər ki, mallarını riya və camaata göstərmək xatirinə xərcləyirlər və Allaha və axirət gününə imanları yoxdur. Yoldaş və həmdəmi şeytan olan kəs (bilsin ki,) o çox pis bir həmdəmdir”. (“Nisa” 38).

Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Həqiqətən, sizin üçün ən çox qorxduğum şey – kiçik şirkdir”.

Soruşurlar ki, kiçik şirk nədir?

Həzrət (s) buyurur: “Riya. Allah Təala Qiyamət günü bəndələrin mükafatını verən zaman, riyakarlara buyuracaqdır: “Siz o kəslərin yanına gedin ki, onlar üçün riya etmisiniz. Baxın görün, mükafatınız onun yanındadır?””.

Bu mübarək hədisdə Həzrət Peyğəmbər (s) riyakar insanı müşrik adlandırmışdır. Çünki, həmin insanın xeyir işlərdəki məqsədi Allah olmamışdır.

Əslində insanların diqqətini cəlb etmək üçün həmin əməli yerinə yetirmişdir. Məqsədi o olmuşdur ki, adı dillərə düşsün.

Hamı onu tərifləsin. Ona görə də onu müşrik adlandırmaq – yerində deyilmiş sözdür.

Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: “O kəs ki, möminə yaxşılıq edər, sonra sözləri ilə onu incidər, ya ona minnət qoyar – yəqin olsun ki, Allah onun sədəqəsini batil etmişdir”.

Hədislərimiz buyurur ki, əgər yoxsula yardım etmək istəyirsənsə, bunu gizli şəkildə et. İmam Sadiq (ə) buyurur: “Ey Əmmar! And olsun Allaha! Gizli sədəqə, aşkar sədəqədən daha yaxşıdır. Allaha and olsun ki, gizli ibadət, aşkar ibadətdən daha yaxşıdır”.

Bütün İlahi dinlərdə insan kəramət sahibi hesab olunur. Məsumlarımız (ə) nə zaman yoxsula yardım etmək istəsə idilər, bu işi o qədər dəqiq yerinə yetirərdilər ki, heç kəsin xəbəri olmazdı. Onlar insan kəramətinə xüsusi əhəmiyyət verərdilər.

Uca Allah Qurani-Kərimdə buyurur: “Ey iman gətirənlər, kəsb etdiklərinizin və sizin üçün yerdən çıxardığımız şeylərin (tarla və mədən məhsullarının) pak və halallarından (Allah yolunda) xərcləyin və pak olmayan (pis və haram) malı xərcləmək fikrinə düşməyin.

Halbuki, (əgər) onu (sizin haqqınız müqabilində versəydilər) ancaq göz yumaraq (və meyilsiz halda) qəbul edərdiniz. Bilin ki, Allah ehtiyacsız və (sifət və işləri) təriflənmişdir”. (“Bəqərə” 267).



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031