“Ali-İmran” surəsinin bərəkətləri
Mьəllif: admin1
Tarix: 29-12-2020, 21:57
“Ali-İmran” surəsinin bərəkətləri
“Ali-İmran” surəsi Quranın 3-cü surəsi olub, 200 ayəyə malikdir.

Bu surənin bərəkəti barəsində Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Ali-İmran” surəsini oxuyarsa, onun ayələrinin sayı qədər ona cəhənnəm körpüsündən aman verilər”.

İmam Sadiq (ə) buyurur: “Hər kim “Bəqərə” və “Ali-İmran” surəsini oxuyarsa, Qiyamət günü o halda gələr ki, bu iki surə bulud kimi başının üstündə kölgə salarlar”.

Yoxsulluğu aradan aparar.

İmam Sadiq (ə) buyurur ki, hər kim “Ali-İmran” surəsini yanında gəzdirərsə, Allah onun əmrini asan edər və ruzisini verər.

Şəfa verəndir.

Hər kimin mədə ağrısı olarsa, bu surənin 8-ci ayəsini “Bismillah”dan sonra 3 dəfə oxuyarsa, ağrısı aradan gedər.

Elçilik zamanı müsbət cavab almaq.

Hər kim bu surənin 73-74-cü ayələrini kağıza yazar və sağ qoluna bağlayarsa, hara elçiliyə getsə – ona müsbət cavab verərlər.

Qorxunu aradan aparar.

İmam Sadiq (ə) buyurur: “Əgər səfərdə olsan və ya səhraya getsən, cinlərin və ya insanların əziyyətindən qorxsan – sağ əlini başına qoy və “Ali-İmran” surəsinin 83-cü ayəsini oxu”.

Hacətin yerinə yetməsi.

İmam Əli (ə) buyurur ki, cümə axşamı gününün səhəri hacət dalınca gedən zaman “Ali-İmran” surəsinin son ayəsini, Ayətül-kürsünü, “Qədr” surəsini və “Həmd” surəsini oxu. Çünki bu əməl dünya və axirət hacətlərinin yerinə yetməsinə səbəb olar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031