Qəlbimizin yorğunluğunu həll etmək üçün 8 yol
Mьəllif: admin1
Tarix: 28-12-2020, 22:24
Qəlbimizin yorğunluğunu həll etmək üçün 8 yol
Qəlb də bədən kimi yorulur və əldən düşür. Bəs qəlbimizi necə gücləndirə və nurani edə bilərik?

Hansı əməlləri yerinə yetirək ki, qəlbimiz nurani olsun?

1. Quran oxumaq. Həzrət Peyğəmbər (s) buyurur: “İnsanın qəlbi dəmir kimi pas bağlayar, onun pasının aradan getməsi Quran vasitəsilədir”.

2. Bilik və hikmət əldə etmək. İmam Əli (ə) buyurur: “Qəlblər də bədən kimi yorulur. Ona görə də yeni bilik və hikmət əldə etməklə, həqiqətləri və yeni maarifi əldə etməklə onun yorğunluğunu aradan aparın”.

3. İmanı xalis etmək. İmam Əli (ə) buyurur: “Qəlblərin zinəti – imanı xalis etməkdir”.

4. Davamlı olaraq Allahı zikr etmək. İmam Əli (ə) buyurur: “Allahı davamlı olaraq zikr edin ki, qəlbi nurani edər”.

5. Təfəkkür etmək. İmam Həsən Müctəba (ə) buyurur: “Təfəkkür edin və düşünün ki, bəsirət əhlinin qəlbinin həyatına səbəb olar və hikmət qapılarının açarıdır”.

6. Təqvanı gücləndirmək. İmam Əli (ə) buyurur: “Təqva – qəlb xəstəliklərinin dərmanı, qəlblərə aydınlıq verən, bədən dərdlərini müalicə edən, ruhun pisliklərini pak edən, göz qaranlığına aydınlıq verən, narahatlıqlarda əmin-amanlıq verəndir”.

7. Allah qorxusundan ağlamaq. Allah qorxusundan ağlamaq və qəmgin olmaq qəlbə nuranilik verər.

8. Din alimləri ilə oturub-durmaq.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031