Müsəlman gərək sadəlövh olmasın
Mьəllif: admin1
Tarix: 25-12-2020, 22:15
Müsəlman gərək sadəlövh olmasın
İmam Sadiq (ə) buyurur: “O zaman ki, Peyğəmbər (s) zöhr namazında qibləni Beytul-müqəddəsdən Kəbəyə tərəf dəyişməsi ilə bağlı əmr verir, yəhudilər dedilər:

“Və kitab əhlinin bir dəstəsi (onların alimləri, öz ardıcıllarına) dedilər: «İman gətirənlərə nazil olan şeylərə (Quran ayələrinə) günün əvvəlində iman gətirin, axırında ona kafir olun, bəlkə (öz dinlərindən) qayıdalar (çünki onlar sizi dindən agah və xəbərdar adamlar kimi tanıyırlar və sizin tərəddüd etməyinizlə onlar da tərəddüd edəcək, şəkk-şübhəyə düşəcəklər)»””. (“Ali-İmran” 72).

Ayədən çıxartdığımız nəticələr:

1. Düşmənlər müsəlmanları yolundan azdırmaq üçün plan qurublar.

2. Onlar müsəlman adı ilə İslamın cərgələrinə daxil olub, arxadan xəncər vururlar.

3. Müsəlman gərək sadəlövh və tez inanan olmasın.

4. Allah həssas anlarda düşmən fitnələrinin üstünü açandır.

5. Gərək imanımız kamil olsun ki, onların fitnəsi bizə təsir etməsin.

6. Düşmənin siyasətlərindən biri – rabitə yaradıb, sonra onu qırmaqdır və niyyətləri də cəmiyyətdə fitnə yaratmaqdır.

“İstədiyi kəsi Öz rəhmətinə məxsus edər. Allah böyük əta və bəxşiş sahibidir”. (“Ali-İmran” 74).

Bu ayə nazil oldu və möminlərə çatdırıldı ki, yəhudilərin düşüncə və təfəkkür tərzi yanlışdır. Çünki yəhudilər belə düşünür ki, Allah onlara xüsusi lütf edir və heç bir qövmə bu qədər dəyər vermir.

Bu ayə nazil oldu və buyurdu ki, Allah hamıdan yaxşı bilir ki, risalətini kimə versin. O, bəndələri arasından ən layiqini seçəndir. Allahın, həm lütfü genişdir və həm hikməti.

Bəli, tarix boyu bu fitnələr davam etmişdir və bu gün də alimlərimiz xəbərdarlıq edirlər ki, düşmənin bu kimi fitnələrindən ayıq olmaq lazımdır.

Onlar fitnə yaratdıqlarını gizlətmirlər və müsəlmanların vəhdətdə olmasını istəmirlər. Tək hədəfləri – İslam vəhdətini qırmaq və cəmiyyət arasında fitnə yaratmaqdır. Bu yolda hər bir şeyə əl atır və heç bir murdarlıqdan çəkinmirlər.

Ona görə də Quranın da bizə buyurduğu kimi, ayıq olmaq lazımdır və tez inanan olmaq olmaz. Müsəlman düşmənin hər an hücum etməsinə hazır olmalıdır.



/Deyerler.org/

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031