İnsan özünün təqvalı olub-olmamasını necə bilə bilər?
Mьəllif: admin1
Tarix: 25-12-2020, 22:11
İnsan özünün təqvalı olub-olmamasını necə bilə bilər?
İnsanın təqvalı olmasını, o cümlədən, təqvalılıq dərəcəsini müəyyən etmək üçün iniversal meyar - əməllərdir.

Təqvanı imtahan etmək üçün yollar çoxdur. Namaz və oruc kimi. Ancaq müqəddəs İslam dini bu mənəvi ibadətlərin kənarında maddi mövzular da qərar vermişdir ki, onunla insanın təqvasını ölçmək olar.

Dinimiz buyurur ki, əgər təqvanı ölçmək istəyirsənsə, bax gör Allah yolunda nə etmisən və malından nə qədər Allah yolunda xərləmisən.

Çünki o qədər insanlar vardır ki, bir ömür namaz qılır və oruc tuturlar. Ancaq elə ki, mövzu infaq və ya sədəqədən düşür – onlar pullarına əl vurmaq istəmirlər.

Ona görə də təqvanı ölçməyin yollarından biri xümsdür, zəkatdır, qurban kəsməkdir, infaq etməkdir, sədəqə verməkdir...

Əgər bunları edirsənsə, bil ki, təqvanın səviyyəsi yüksəkdir. Həm mənəvi ibadət və həm də maddi infaq insanın təqvasını ölçən tərəzi ola bilər.

Bununla yanaşı, insanın əmanətdarlığı, düz danışması – onun təqvasının meyarlarıdır. İmam Sadiq (ə) buyurur: “İnsanların səcdə və rükularının uzun olmasına baxmayın.

Çünki mümkündür ki, onlar tərəfindən adət olsun. Belə ki, əgər onu tərk etsələr, narahat olarlar. Lakin doğru danışmaqlarına, əmanətdar olmaqlarına diqqət edin”.

Həzrət İmam Cəfər Sadiq (ə) yenə buyurur: “İnsanların namaz və orucuna aldanmayın. Çünki insan bəzən namaz və oruca elə adət edir ki, əgər onları tərk edərsə, qorxu hiss edər. Onları doğru danışmaqları və əmanətdarlıqları ilə imtahana çəkin”.

İnsanın təqvasını müəyyən edən dəqiq amillərdən biri də onun rəftarlarıdır.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “İnsanlarla insaflı rəftar et. Onlarla xeyirxah və mehriban ol. Çünki əgər belə olsan, Allah sən yaşadığın diyarın insanlarına qəzəblənsə və onlara əzab nazil etmək istəsə – sənə nəzər salar, sənə xatir insanlara rəhm edər”.

İmam Səccad (ə) buyurur: “Dörd sifət vardır ki, hər kimdə olarsa, imanı kamil və günahları bağışlanmış olar. Allahla elə halda görüşər ki, ondan razı olar:

1. İlahi təqva.

2. Düz danışmaq və insanlara qarşı sədaqətli olmaq.

3. Allah dərgahında və insanların qarşısında bütün çirkinliklərdən pak ətəkli və həyalı olmaq.

4. Xoş əxlaqlı və ailəsi ilə xoşrəftar olmaq”.

Allahın Peyğəmbəri (s) möminin vəsfində buyurmuşdur: «Hərəkət və rəftarları mülayim və mehribandır, görüşü şirin...

Hər bir şeyin ən üstününü axtarır, xislətlərin ən dəyərlisini…

Nifrət bəslədiyi kəsə zülm etmir və sevdiyi şəxsə görə günaha batmır.

Xərci azdır, çox kömək və yardım edir...

İşi çox yaxşı yerinə yetirir, sanki onu özü üçün görür.

Gözləri aşağı baxır.

Bağışlayan əli var, bir şey istəyəni boş geri qaytarmır.

Sözünü ölçüb-biçir və dilini lal edir...

Batili, hətta dostundan qəbul etmir və haqqı, hətta düşmənindən olsa belə, inkar etmir.

Elmi ancaq bilməyə görə öyrənir və biliyi yalnız əməl etməyə görə əldə edir...

Dünyapərəstlərlə rəftar edəndə - onların ən zirəngi, axirət axtaranlarla olanda – onların ən pəhrizkarıdır».

Allah Təala bizləri iman və təqvanın dəyərini dərk edənlərdən qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031