Ruzini artırmağa yardım edən amillər
Mьəllif: admin1
Tarix: 23-12-2020, 21:33
Ruzini artırmağa yardım edən amillər
Müqəddəs Quran tövsiyə edir ki, əgər yoxsul olsanız, Allahın sizə verdiyindən infaq edin. İnfaq sizin yoxsulluğunuzu aradan apara bilər.

Quran bizlərə öyrədir ki, hansı əlinlə verirsənsə, o əlinlə də alırsan.

Bu günlər ruzi qazanmaq hamı üçün çətin olmuşdur. Hər kəs də çalışır ki, ailəsi üçün rifahı təmin edə bilsin. Uca Allah halal ruzi ardınca getməyi ibadət hesab etmişdir. Dinimizin nəzərinə görə, maddiyyat – mənəviyyata çatmağın müqəddiməsidir.

“Ey iman gətirənlər, ruziniz etdiyimiz pak şeylərdən yeyin (yer üzündə sizin üçün yaratdığımız və pak olan şeylərin hamısından bəhrələnin) və əgər yalnız Allaha ibadət edirsinizsə, Ona şükür edin (çünki şükürsüz ibadət kamil deyildir)”. (“Bəqərə” 172).

Quran buyurur ki, əgər dünya malına bağlı deyilsənsə, mal əldə etmək xeyir bir işdir. Ancaq eyni zamanda buyurur ki, gərək bütün zamanını pul qazanmaq üçün xərcləməyəsən, o zaman başqa işlərdən qafil qalarsan.

Bəziləri belə düşünür ki, əgər ibadət əhlidirlərsə, o zaman ruziləri də bol olmalıdır. Ancaq düşünmürlər ki, ruzi qazanmaq üçün hümmət də göstərmək lazımdır. Quran da buyurur ki, insan səy göstərməsə, ruzi qazana bilməz.

İmam Əli (ə) buyurur: “O kəs ki, davamlı olaraq tənbəllik edər, arzularına çatmaqda nakam qalar”.
Qurani-Kərim buyurur ki, ruzi qazanmaqda səylə bərabər, gərək məsuliyyətin və əmanətdarlığın da olsun.

“O iki qadından biri dedi: «Atacan, onu (muzdla) işə götür, çünki (bu) güclü və etibarlı (adam) muzdla tutduqlarının ən yaxşısıdır»”. (“Qəsəs” 26).

Şübhəsiz ki, o kəs ki, məsuliyyətli, əmanətdar olar – başqalarının etibarını qazanar və həmin insanın ruzisi də çox olar. Çünki belə insan işsiz qalmaz.

Ruzinin artmasına səbəb olan amillərdən – imanı, təqvanı, günahdan uzaq olmağı, nemətə görə şükür etməyi misal çəkmək olar. Nemətə görə şükür etməyin ruziyə çox təsiri vardır.

Əlbəttə, nemətə görə ancaq “Əlhəmdulilləh” kəlməsini demək kifayət deyildir. Şükrün üç mərhələsi vardır: qəlbdə, dildə və əməldə edilən şükür. Ancaq belə bir şükür ruzinin artmasına səbəb ola bilər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031