Həqiqi zahidliyin dəqiq meyarı
Mьəllif: admin1
Tarix: 22-12-2020, 21:40
Həqiqi zahidliyin dəqiq meyarı
Həzrət Peyğəmbər (s) buyurur: “Bu aləmdəki zahidlik üç şeylədir:

1. Arzuların qısa olması.

2. Nemətlərə şükür etmək.

3. Haramdan çəkinmək”.

İnsanların əksər hissəsi zahidlik dedikdə, başqa şey başa düşürlər. Onların nəzərinə görə, zahidlik – maddi aləmdən ayrılmaq və insanlardan uzaq düşməkdir.

Onların nəzərinə görə, həqiqi zahid o kəsdir ki, ictimai həyatdan inzivaya çəkilər və maddi həyata arxa çevirər.

Halbuki, həqiqi zahid o kəsdir ki, arzuları qısa olar, nemətlərə görə şükür edər və haramdan çəkinər.

Başqalarının haqqını qəsb etməkdən çəkinər, haram mal toplamaz, maddi imkanını məntiqli yollarda xərcləyər.

Zahid o kəsdir ki, mal və dövlətə, vəzifəyə qarşı biganə olsun. Ancaq bu, o demək deyildir ki, ruzi qazanmasın. Xeyr. Sadəcə, qazandığı ruzini Allah istəyən kimi xərcləsin. Budur həqiqi zahidlik.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031