İslam 5 sütün üzərində qərar verilmişdir – Məsumların (ə) mübarək dilindən namaz barədə
Mьəllif: admin1
Tarix: 18-12-2020, 21:40
İslam 5 sütün üzərində qərar verilmişdir – Məsumların (ə) mübarək dilindən namaz barədə
Həzrət Peyğəmbər (s) buyurur: “Namaz – möminin meracıdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Namaz – möminin nurudur”.

İmam Kazım (ə) buyurur: “Bəndənin Allahı tanımasından sonra ən üstün şey ki, onun vasitəsilə İlahi qürbə yaxınlaşar – namazdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Namaz – sizin dininizin sütunudur”.

Həzrət Peyğəmbər (s) buyurur: “İmanın əlamət və nişanəsi – namazdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Namaz – İslamın bayrağıdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, namaz qılmaq – möminin Allaha yaxın olmaq vasitəsidir”.

İmam Sadiq (ə) buyurur: “Namaz – Allah yanında ən üstün əməl və İlahi peyğəmbərlərin (ə) son vəsiyyətləridir”.

İmam Baqir (ə) buyurur: “İslam beş sütun üzərində inşa edilmişdir: namaz, oruc, zəkat, həcc, vilayət”.

Həzrət Peyğəmbər (s) buyurur: “Namazın dindəki yeri, başın bədəndəki yeri kimidir”.

İmam Əli (ə) buyurur: “Hər bir şeyin siması vardır. Sizin dininizin siması – namazdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Namaz – behiştin açarıdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Bəndə o zamana qədər ki, namazın intizarındadır – namaz halındadır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Mənim gözümün nuru namazdadır”.

İmam Sadiq (ə) buyurur: “Həqiqətən Qiyamət günü Allah yanında ən üstün əməl – namazdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Namaz İslamın başıdır”.

İmam Əli (ə) buyurur: “O zaman ki, bəndə səcdə edər, İblis fəryad çəkər: “Vay olsun mənə! O itaət etdi, ancaq mən günah etdim. O, səcdə etdi və mən bu əməldən boyun qaçırdım””.

İmam Rza (ə) buyurur: “Həqiqətən, namaz – Allah üçün ən üstün ibadətdir”.

İmam Rza (ə) buyurur: “Həqiqətən, namaz – ən gözəl simadır ki, Allah onu xəlq etmişdir”.



/Deyerler.org/

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031