Hər zülmün öz tövbəsi var
Mьəllif: admin1
Tarix: 14-12-2020, 21:36
Hər zülmün öz tövbəsi var
Hər bir günah özünəməxsus tövbə istəyir. Ona görə də zülmə görə edilən tövbələr də fərqlidir. Belə ki, zülmün üç növü vardır: Allaha qarşı edilən zülm, insanlara edilən zülm, özünə edilən zülm.

O zaman ki, bəndə Allaha qarşı zülm edər, tövbəsi o vaxt yerinə yetər ki, bu günahına görə nalə çəkib, sızlasın və günahın təsirini aradan aparmaq üçün vaciblatları vaxtında icra etsin və haramlardan çəkinsin.

O zaman ki, bəndə insanlara zülm edər, xüsusilə də mal və ya canlarına qarşı – istiğfar və tövbədən başqa, onların razılığını alması da zəruridir. Bu zalım gərək özünü qisas məqamında qərar versin. Diyə versin və ya malı geri qaytarsın.

Nəxəyidən olan bir qoca kişi İmam Baqirə (ə) deyir: “Mən Həccacın zamanından indiyə qədər hökumət valisi olmuşam. Tövbə etməliyəm?”.

İmam (ə) cavab vermir.

O qoca sualını yenə təkrar edir. İmam (ə) onun təkid etdiyini görüb, buyurur: “Tövbə yoxundur, məgər hər haqq sahibinin tapdalanmış hüququnu ona qaytarmaqdan başqa”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031