Cazibə qüvvəsinə baxmayaraq, quşlar havada uça bilir
Mьəllif: admin1
Tarix: 12-12-2020, 13:41
Cazibə qüvvəsinə baxmayaraq, quşlar havada uça bilir
“Məgər göyün üzündə (Allahın qüdrətinə) ram olmuş quşları görmədilərmi ki, onları (bədənlərini uçmaq üçün lazım olan quruluşda yaratmaq və uçuş tərzini onlara ilham etməklə) Allahdan başqa heç kim saxlamır?

Şübhəsiz, bunda (bu yaradılış növündə) iman gətirən dəstə üçün (Allahın elminə, qüdrətinə və hikmətinə dair) nişanələr vardır.

Allah evlərinizi sizin üçün məskən və rahatlıq yeri etdi, dördayaqlıların dərisindən səfər gününüz və səhranişinlik vaxtlarınızda asanlıq və rahatlıqla daşıdığınız (daşınan) evlər qoydu və onların yun, tük və qıllarını müəyyən bir müddətədək ev əşyası və istifadə avadanlığı etdi.

Və Allah (ağac, tavan və çardaq kimi) yaratdıqlarından sizin üçün kölgələr yaratdı, sizin üçün dağlardan mağaralar və sığınacaqlar düzəltdi və sizin üçün sizi istidən (və soyuqdan) qoruyan paltarlar və sizi bir-birinizin zərərindən qoruyan geyimlər (döyüş geyimləri) müəyyənləşdirdi.

O, Öz nemətini sizə belə tam həddə çatdırır ki, bəlkə (Onun istək və iradəsinə) təslim olasınız.

Beləliklə, əgər (sənin dəvətindən) üz döndərsələr (eybi yoxdur), həqiqətən sənin öhdənə düşən (onlara məcbur qəbul etdirmək və ya dünya və axirət cəzası vermək deyil) yalnız (tapşırığı) aşkar surətdə çatdırmaqdır. Onlar Allahın nemətini tanıyır, sonra isə onu inkar edirlər və onların çoxu həqiqətən kafir və nankordurlar”. (“Nəhl” 79-83).

Allahın dərk edilməsinə yardım edən ayələrdən biri də bu cür ayələrdir. Uca Allah bu ayələrdə buyurur ki, məgər yerin cazibə qüvvəsinə baxmayaraq, quşların uçmasını görmürsünüzmü? Onların uçmasının səbəbi – Allahın qüdrətidir. Bu Allahdır ki, onların uçması üçün şərait yaratmışdır.

Ona görə deyə bilərik ki, əgər insan bu ayə və bunun kimi ayələr barəsində düşünərsə, o zaman kamal yoluna qədəm basa bilər.

Bu ayələrdə Allah insana bir daha xatırladır ki, bu dünyada hər hansı bir məxluq yaradıbdırsa, onun insanla əlaqəsi vardır. Onların çoxunu insana xidmət etmək üçün yaratmışdır.

Allah Təala bu ayələrin sonunda bildirir ki, əgər bu deyilənlərə diqqət etsən və başa düşsən – Mənə təslim olarsan. Mənim əmrlərimi yerinə yetirərsən.

Ona görə də insanın Allahın yaratdığı məxluqlar barəsində düşünməsinin, Allahla rabitəsini tənzimləməsində mühüm rolu vardır.

Uca Allah son iki ayəsində insanların düçar olduqları böyük xəstəliyə işarə edir və buyurur ki, bu cür insanlar çox təəssüf ki, Allahın nişanələrini görməklərinə baxmayaraq, Onu inkar edirlər. İnsanlıqdan çıxır və nankorlaşırlar, azğınlaşırlar.

İnsanların ən alisi olan peyğəmbərləri (ə) görməklərinə baxmayaraq, yenə də tərsliklərindən əl çəkmirlər. Onlar Allahın nemətlərini tanımaqlarına baxmayaraq, Onu inkar edirlər. Onların bu inkarı nadanlıq üzündən deyildir. Onlar bu işi agah şəkildə, şüurla yerinə yetirirlər.

Beləliklə deyə bilərik ki, Müqəddəs Quranın bu ayələri – Allahın qüdrətini təsdiq edən ayələrdəndir. Allah bu ayələrdə Öz qüdrətinin bəzi nişanələrini saymış və buyurmuşdur ki, bu dünyada yaratdığı məxluqların əksər hissəsi insana xidmət üçün yaradılmışdır.

Bəzi insanlar bu nişanələri və nemətləri görürlər və ona görə şükür edirlər. Bunun sayəsində imanları artır və təqvaları güclənir. Allaha yəqinlikləri artır.

Lakin bəzi insanlar Allahın bu açıq nişanələrini görməklərinə baxmayaraq, Onu yenə də inkar edir və tərslik edirlər. Onlar insanlıqdan çıxmışlardırlar.

Bu insanlar kafir və nankördurlar. Hər kim Allahın nişanələrini görüb şükür edər – irəli gedər və Allaha yaxınlaşar. Hər kim Onu inkar edərsə, zəlil və xar olar.

Uca Allah bizləri nicat tapanlardan qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031