İblis (lən) insan şəklinə düşə bilirmi?
Mьəllif: admin1
Tarix: 10-12-2020, 20:27
İblis (lən) insan şəklinə düşə bilirmi?
Sələbə ibni Zeyd Ənsari nəql edir ki, Cabirdən eşitmişəm ki, deyir: “İblis dörd dəfə dörd insan şəklinə düşmüşdür.

Əvvəl Səraqə ibni Cəşəmin simasına. Bədr döyüşündə Səraqənin simasında gəldi və Qüreyş kafirlərinə dedi: “Bu gün heç kəs sizə qalib olmayacaqdır, çünki bu qədər insana malik olaraq məğlubedilməzsiniz. Mən də sizin yanınızdayam və vaxtında vəfadar və ürəkyanan bir qonşu kimi heç bir himayəni əsirgəməyəcəyəm”.

İkinci dəfə Mənbə ibni Həccac simasında olur. Üqbə günündə fəryad çəkir və deyir: “Ey Muhəmmədin (s) tərəfdaşları! O kəslər ki, dinlərindən geri qayıdıblar, üqbənin kənarındadırlar. Onlara diqqət edin!”.

Həzrət Peyğəmbər (s) ənsara buyurur: “Qorxmayın, onun səsi heç kəsə çatmır”.

Üçüncü dəfə Nəcd əhlindən olan qoca kişi simasında olur. O zaman ki, Məkkə kafirləri Peyğəmbəri (s) öldürmək üçün plan sızırdılar, İblis də qoca kişi simasında məclisə daxil olur. Onlara lazımlı əmrlər verir.

Allah Həzrət Peyğəmbəri (s) agah edir və buyurur: “Və (yada sal) o zaman(ı) ki, kafirlər sənin barəndə - səni həbs etmək, ya öldürmək və ya (şəhərdən) çıxarmaq üçün hiylə və biclik işlədirdilər. Onlar daim hiylə işlədirdilər və Allah da onların hiylələrinin qarşısını alırdı. Allah, hiylənin qarşısını alanların ən yaxşısıdır”. (“Ənfal” 30).

Dördüncü isə Muğeyrə ibni Şəbənin simasında olur. O gün ki, Peyğəmbər (s) vəfat edir, o, Muğeyrənin simasında gəlir. Mühacir ilə ənsar arasında fəryad çəkir:

“Ey insanlar! Xilafəti İran padşahları və Roma şahları kimi qərar verin. Hər kəs onu özündən sonra öz övladına vəsiyyət edir. Onu Bəni-Haşimin ixtiyarına qoymayın ki, onlar da öz övladlarının ixtiyarında qoymasınlar””.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031