Təhrikedici hissləri nəzarətdə saxlamağın yolları
Mьəllif: admin1
Tarix: 9-12-2020, 23:45
Təhrikedici hissləri nəzarətdə saxlamağın yolları
Şəhvət – insanı günaha tərəf meyil etdirən zəminələrdən biridir.

Əgər insan şəhvət qüvvəsini kontrolda saxlamazsa, onu fəhşaya və fəsada tərəf çəkər və günahlarının sayını artırar.

Bəs nə etmək lazımdır ki, şəhvət qüvvəsi kontrolda qalsın?

Bunun üçün bəzi əməli yollar vardır ki, onlara işarə edək:

1. İnsan gərək gözlərinə xüsusi nəzarət etsin. Naməhrəmi görsə, baxışını yubatmasın və ikinci dəfə baxmasın. Gözucu baxışlardan, “dəqiqləşdirici” baxışlardan (“Görüm, bu kimdir?”) imtina etsin.

2. Naməhrəmlə xəlvətdə qalmasın. Əgər naəlac qalsa, onunla danışmasın. Və hər bir halda, zarafat etməsin.

3. Əks cins haqqında yersiz düşüncələrdən çəkinsin və cinsi mövzular barəsində düşünməkdən vaz keçsin.

4. İnsanı təhrik edən filmlərə və şəkillərə baxmaqdan uzaq olsun.

5. Təhrikedici zarafatlardan uzaq olsun.

6. Şəhvət qüvvəsini təhrik edən yeyəcəkləri minimum həddə çatdırsın.

7. Hər gün idmanla məşğul olmağa çalışsın.

8. Məsumlara (ə) təvəssül etsin və dua etsin.

9. Oruc tutmaq da şəhvət qüvvəsini zəiflədər.

10. Bütün gün ərzində dəstəmazlı olmağa çalışsın.



/Deyerler.org/

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031