Günaha səbəb olan 3 qüvvə. Onları necə nəzarətə götürməli?
Mьəllif: admin1
Tarix: 8-12-2020, 22:24
Günaha səbəb olan 3 qüvvə. Onları necə nəzarətə götürməli?
İnsan bəzən elə xatalara düçar olur ki, onlara görə peşman olur və özünü məzəmmət edir. Bu zaman nəfsi-ləvvaməsinin (vicdan kimi onu danlayan yaxşı nəfsin) dərəcisi yuxarı qalxır.

Nəfsi-ləvvamə - o nəfsdir ki, insanı yaxşılıqlara dəvət edir və insan pis iş görən zaman, bu nəfsin sayəsində özünü danlayır və məzəmmət edir.

Belə insanın İlahi qürb məqamına qalxması daha asan olur. Biz gərək ləvvamə nəfsə görə Allaha şükür edək və Ondan istəyək ki, ləvvamə nəfsin dərəcəsini yuxarı qaldırsın.

Bunu nəzərə almaq lazımdır ki, insanın günahdan uzaq olması və İlahi qürb məqamına yaxınlaşması tədrici bir şeydir. Səbir və hövsələ istəyir.

İnsan bir alpinistə bənzəyir ki, dağın başına nəzər salır və onu özündən çox uzaq görür və aşağı düşmək qorxusu da vardır. Lakin, ümid onu irəli getməyə sövq edir və insan dağın başına çatması üçün səy göstərir və zəhmət çəkir.

İnsan gərək həyatında bu qorxu ilə ümidi qoruyub saxlaya bilsin. Həm günahdan uzaq olmasına görə Allahın rəhmətinə ümid etsin və həm də günaha düçar olarsa, Allahdan qorxsun.

İnsanın günah etməsinin kökləri – onun agah olmamasında, dünya sevgisində, maddi ləzzətlərə bağlanmasında və iradəsinin zəif olmasındadır.

Əxlaq alimlərinin nəzərinə görə, günahların mənşəyi üç qüvvədən asılıdır: şəhvət qüvvəsindən, qəzəb qüvvəsindən, vahimə qüvvəsindən.

Şəhvət qüvvəsi insanın maddi ləzzətlərə ifrat şəkildə bağlanmasına gətirib çıxardır. Nəticədə insan fəhşaya düçar olur.

Qəzəb qüvvəsi insanın başqalarına zülm etməsinə gətirib çıxardır.

Vahimə qüvvəsi insanda təkəbbür və lovğalıq hissini inkişaf etdirir və onun daha böyük günahlar etməsinə səbəb olur.

Bəli, bir az düşünsək, görərik ki, insanın günah etməsinin əsasında bu üç qüvvə dayanır. Ancaq ağıl qüvvəsi vardır ki, əgər bu üç qüvvəyə rəhbərlik edərsə, onları etidal həddə saxlayar və günahın qarşısını alar.

Bu üç qüvvə insanın yaşaması üçün lazım olan qüvvələrdir. Ancaq əgər ağıl vasitəsilə rəhbərlik olunmazsa, ifrata tərəf çəkilər və bir çox günahların mənbəyinə çevrilər.

Bəs günahdan uzaq olmaq üçün nə edək?

1. Ağlı gücləndirmək lazımdır. Bunun üçün əxlaqi və dini mövzular barəsində təfəkkür etmək lazımdır, Quran oxumaq lazımdır, hədislərə müraciət etmək lazımdır.

2. Günahla birbaşa mübarizə aparmaq lazımdır, onun dünya və axirət təsirləri barəsində düşünmək lazımdır.

3. Günahın zəminələrindən uzaq olmaq lazımdır. Onların ən mühüm olanları ibarətdir:

a). Göz kontrolundan.

b). Qulaq kontrolundan.

c) Nalayiq dostlarla rabitədən uzaq olmaqdan.

4. Günah fikrini tərk etmək. Əgər insan günah fikirlərindən uzaq olarsa, onları həyata keçirtmək barəsində də düşünməz və əməl etməz.

5. Gecə və gündüz məşğuliyyətin olması, bekar olmamaq.

6. Oruc tutmaq.

7. Ölüm və cavabdehlik barəsində düşünmək.

Uca Allah bizləri günahdan uzaq olanlardan qərar versin, inşəAllah!



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031