Tövbədən sonra günah necə silinib gedir?
Mьəllif: admin1
Tarix: 8-12-2020, 11:53
Tövbədən sonra günah necə silinib gedir?
Tövbə etdikdən sonra günahın aradan getməsi üçün, onun kəffarəsini ödəmək lazımdır. Bəzi günahlar vardır ki, onun kəffarəsi yoxdur. Kişinin qızıl üzük taxması kimi.

Əgər tövbə edərsə ki, bir daha qızıl üzük taxmayacaqdır – onun kəffarəsi olmaz. Ancaq bəzi günahlar vardır ki, onun kəffarəsi vardır.

Bəzi günahlar vardır ki, Haqqullah boynunda olur. Namazın, orucun qəzası kimi. Bəzi günahlar vardır ki, haqqun-nas boynunda olur. Bu haqqı insan gərək həmin şəxsə qaytarsın. Əgər özü ölübdürsə, onu varislərinə qaytarmalıdır.

Ancaq əgər kiminsə qeybətini edərsə, gərək qeybət etdiyi şəxsdən halallıq alsın. Çünki ona zülm etmişdir və bunun halallığını almaq lazımdır.

Beləliklə deyə bilərik ki, əgər insan günah edərsə, ona görə tövbə etməsi vacib əməllərdəndir. Əgər boynunda Haqqullah və ya haqqun-nas olarsa, onları yerinə yetirməlidir ki, tövbəsi həqiqi tövbə olsun.

Əgər yerinə yetirməzsə, o zaman həmin haqlar onun boynunda qalar və ömrünün qalan hissəsində onları yerinə yetirməyə məcburdur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031