Gözlə günah etməyi necə müalicə edək?
Mьəllif: admin1
Tarix: 6-12-2020, 20:58
Gözlə günah etməyi necə müalicə edək?
Gözlə günah etmək – o rəzil sifətlərdəndir ki, insanı xar edər və bir çox kəbirə günahlara sövq edər. Bu xəstəliyi necə müalicə etmək olar?

1. Allahın əzəmətinə diqqət etmək. Gözlə günah etməyin qarşısını almağın yollarından biri – Allahın əzəmətinə diqqət etməkdir.

Bu cür insan yaxşı bilər ki, Allahın əfvi və bağışlaması olduğu kimi, qəzəbi və intiqamı da vardır. Əgər insan Allahı qəzəbləndirərsə, şübhəsiz ki, cəzasız qalmayacaqdır.

2. Bu xəstəliyin nəticələrinə diqqət etmək. Gözlə günah etmək – bir çox kəbirə günahlarının zəminəsi olar. İnsanı zinaya, fəhşaya tərəf çəkər. İnsanı şəhvətin qulu edər.

3. Təşviq edən yollar. İmam Sadiq (ə) buyurur: “Hər kimin baxışı bir qadına dəyər, gözünü yuxarı qaldırsın. Ya da gözünü bağlasın, gözünü açmasın, məgər o halda ki, Allah huruleyni onun həyat yoldaşı edər”.

4. Tövbə etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim gözlərini haramla doldurar – Allah Qiyamət günü gözlərini atəşlə doldurar, məgər o halda ki, tövbə edər və geri qayıdar”.

5. Cavan vaxtı evlənmək. Həzrət Peyğəmbər (s) buyurur: “Ey cavanlar! Sizlərdən hər kimin imkanı vardırsa, evlənsin.

Çünki evlilik gözlərinizi xata və büdrəmədən örtəcəkdir. Hər kimin evlənmək imkanı yoxdursa – oruc tutsun, çünki oruc onun üçün qalxandır”.

6. Özünü tanıma. İmam Əli (ə) buyurur: “Hər kim öz nəfsini tanıyar – onunla cihada qalxar. Hər kim onu tanımazsa – öz başına buraxar”.

7. Təqvaya malik olmaq. Hər kimin təqvası olar – bir çox rəzil sifətlərdən nicat tapar ki, onlardan biri də gözlə günah etməkdir.

8. Nəfsini hesaba çəkmək. İmam Əli (ə) buyurur: “Hər kim öz nəfsini hesaba çəkər, xoşbəxt olar”.

Gözlə günah etməyi tərk etmək – qəlbin rahatlığıdır. İmam Əli (ə) buyurur: “Hər kim gözünü (haram və məkruhdan) yumar – qəlbi rahat olar”.



/Deyerler.org/

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031