Dinimiz ekologiyanın qorunması barədə nə buyurur?
Mьəllif: admin1
Tarix: 6-12-2020, 10:34
Dinimiz ekologiyanın qorunması barədə nə buyurur?
Qurani-Kərimdə buyurulur: “Və Səmud qövmünə onların (qan və ya qəbilə) qardaşları Salehi (göndərdik).

O dedi: “Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin Ondan başqa bir tanrınız yoxdur. Sizi (ilk ata və ananızı bilavasitə, onların nəslini isə vasitə ilə) yerdən (torpaqdan) yaradan və sizə orada həyat verən və sizdən oranı abadlaşdırmağınızı istəyən Odur””. (“Hud” 61).

Bu ayəyə əsasən, insan əgər torpağı abad etməzsə, təbiəti qoruya bilməyəcəkdir. İnsan əgər təbiəti qorumazsa və onu abad etməyə cəhd etməzsə, təbiət sağlam qalmaz və aradan gedər. Mömin ki, bu ayədən xəbərdardır – heç bir zaman təbiəti çirkləndirməz, əksinə, onun təmiz qalması üçün səy göstərər.

Ayətullah Cavadi Amuli bu haqda buyurur: “İnsanın əslinin torpaqdan olması Sübhan Allah tərəfindən olmuşdur. İnsan xilqəti hədəfli olmuşdur.

O, buğda kimi torpaqdan cücərməmişdir. Sübhan Allah insanın xaliqidir. Onu öz canişini qərar vermişdir. Bəşər üçün lazımlı şəraitin yaranması üçün Sübhan Allah xam məhsulları təbiət süfrəsində xəlq etmişdir.

İnsana ağıl, istedad, qabiliyyət vermişdir ki, bir qonaq kimi bu xam məhsulların olduğu təbiət süfrəsində əyləşsin. Bu məhsullardan ən yaxşı şəkildə bəhrələnsin.

Bəşəri hidayət etmək üçün ağlı və vəhyi – bəşər üçün yol göstərən qərar verdi. İnsana həm bu xam məhsullar haqqında agahlıq verdi və həm də torpağı necə abad edə biləcəyini ona öyrətdi. Ona görə də insandan istədi ki, yaşadığı torpağı abad etsin.

Bu haqda demək lazımdır ki, Qurandan belə nəticəyə gəlmək olur ki, torpağı abad etmək tövfiqinə imanlı insanlar malikdirlər. Bu dəstə insanlar təbiət üçün səy göstərir və zəhmət çəkirlər. Onun çirklənməsinin qarşısını alırlar.

Ancaq imansız hakimlər və təkəbbürlü əmirlər cəmiyyəti məhvə doğru çəkərlər. Öz hədəflərinə çatmaq üçün torpağı məhv edir və təbiəti çirkləndirirlər. Dünyanın şərqində və qərbində buna şahid olmaq olar.

Bu yerlərdə meşələr qırılır, təbiət çirklənir və təbii mühit aradan gedir. Hətta dənizdə və səhrada yaşayan canlılar belə, onların əlindən amanda qala bilmirlər”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031