Hər dəstə öz imamı ilə çağırılacaq
Mьəllif: admin1
Tarix: 4-12-2020, 19:44
Hər dəstə öz imamı ilə çağırılacaq
Bir hədisdə belə buyurulur:

لَمّا نَزَلَت هذِهِ الآيَةُ: «يَومَ نَدعوا كُلَّ اُناسٍ بِإِمامِهِم» قالَ المُسلِمونَ: يا رَسولَ اللّهِ، ألَستَ إمامَ النّاسِ كُلِّهِم أجمَعينَ؟

“O gün insanlardan hər dəstəni (tabe olduqları) imamı ilə çağıracağıq!” – ayəsi (“İsra”, 71.) nazil olduqda, müsəlmanlar dedilər: “Ey Allahın Rəsulu (s), məgər siz bütün insanların imam və rəhbəri deyilsinizmi?”

Peyğəmbəri-Əkrəm (s) buyurdu:

أنَا رَسولُ اللّهِ (ص) إلَى النّاسِ أجمَعينَ، ولكِن سَيَكونُ مِن بَعدي أئِمَّةٌ عَلَى النّاسِ مِنَ اللّهِ مِن أهلِ بَيتي، يَقومونَ فِي النّاسِ فَيُكَذَّبونَ، ويَظلِمُهُم أئِمَّةُ الكُفرِ وَالضَّلالِ وأشياعُهُم، فَمَن والاهُم وَاتَّبَعهُم وصَدَّقَهُم فَهُوَ مِنّي ومَعي وسَيَلقاني، ألا ومَن ظَلَمَهُم وكَذَّبَهُم فَلَيسَ مِنّي ولا مَعي وأنَا مِنهُ بَريءٌ.

“Mən Allahın bütün insanlara göndərdiyi elçisiyəm. Məndən sonra Əhli-beytim Allah tərəfindən insanlara göndərilən ilahi rəhbərlərdir.

Onlar xalq arasında olsa da, xalq tərəfindən təkzib olunacaq, küfr, zəlalət rəhbərləri və havadarları onlara zülm edəcəklər. Onları sevib, itaət edən və təsdiq edən məndəndir və Qiyamətdə mənimlə birgə olub, məni görəcək.

Bilin ki, onlara zülm edib, onları təkzib edən məndən deyil və mənimlə bir olmayacaq, mən də ondan əl götürmyəcəm.” (“Əl-kafi”, c.1, səh.215, hədis 1.)



Maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930