Əqidəsində sabitqədəm olmaq istəyənlər bu duanı mütəmadi oxumalıdır!
Mьəllif: admin1
Tarix: 2-12-2020, 11:34
Əqidəsində sabitqədəm olmaq istəyənlər bu duanı mütəmadi oxumalıdır!
“Ğəriq” duası o duadır ki, İmam Sadiqin (ə) nəzərinə görə, insanın iman və əqidəsini sabit saxlamağa yardım edər. Xüsusilə də axırəz-zamanın fitnələri dövründə.

İmam Sadiq (ə) buyurur: “Tezliklə şübhəyə giriftar olub, İmamsız qalacaqsınız. O zaman (kimsə) nicat tapmaz, məgər o kəs ki, “Ğəriq” duasını oxuyar”.

Ümmi Sələmənin nəql etdiyinə görə, Həzrət Peyğəmbər (s) bu duanı tez-tez oxuyarmış. Peyğəmbərimizin (s) digər həyat yoldaşları da Həzrətin (s) ən çox oxuduğu duanın məhz bu dua olmasını demişlər.

Beləliklə deyə bilərik ki, “Ğəriq” duasının bir çox faydası vardır, o cümlədən:

1. Ğəriq – qərq olmaq deməkdir. Məqsəd o kəsdir ki, qeyb zamanında fitnə və fəsad bəlasında qərq olar. Özünü bu dua ilə xilas edər.

2. Bu zamanda fitnə və fəsad dənizində qərq olmaq qorxusu mövcuddur.

3. Bəziləri elə bilirlər ki, mindikləri gəmi təhlükəsizdir. Ancaq qarşıdan gələcək fırtınanı fikirləşmək lazımdır.

4. Münacat və dualar – xilas olmaq rəmzidir. Həm bir iş görün ki, xilas olasınız və həm də Allahdan yardım istəyin.

“Ğəriq” duası ilə tanış olaq:

“Əl-Ğəriq” duası (“Suda qərq olanın” imdad çağırışı)

Bismilləhir-Rahmənir-Rahim!

“Ya Allahu, ya Rəhmanu, ya Rahim Ya muqallibəl-qulub. Səbbit qalbi alə dinikə.”

Tərcümə: ” Ya Allahu, ya Rəhmanu, ya Rahim Ey, o kəs ki, qəlblərin çevrilməsi Onun əlindədir. “Qəlbimi Sənin dinində möhkəm et”.

Ərəbcə:

يَا اَللَّهُ يَا رَحْمٰنُ يَا رَحِيمُ

يَا مُقَلِّبَ ٱلْقُلُوبِ

ثَبِّتْ قَلْبِي عَلَىٰ دِينِكَ



www.ahliman.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930