İslamın bina olduğu 4 sütun
Mьəllif: admin1
Tarix: 1-12-2020, 22:26
İslamın bina olduğu 4 sütun
İsa ibn Səriyy nəql edir ki, İmam Sadiqə (ə) dedim:

حَدِّثني عَمّا بُنِيَت عَلَيهِ دَعائِمُ الإِسلامِ، إذا أنَا أخَذتُ بِها زَكى عَمَلي، ولَم يَضُرَّني جَهلُ ما جَهِلتُ بَعدَهُ،

“Məni İslamın bina olduğu sütunlardan xəbərdar et ki, onlardan yapışdıqda, əməllərim pak (düz) olsun və ondan sonra bilmədiklərim mənə zərər yetirməsin.”

İmam (ə) buyurdu:

شَهادَةُ أن لا إلهَ إلاَّ اللّهُ، وأنَّ مُحَمَّدًا رَسولُ اللّهِ (ص)،

“(Birincisi:) Allahdan başqa heç bir məbudun olmadığına və Muhəmmədin Onun rəsulu olduğuna şəhadət verməkdir (“Lə iləhə illəllah və Muhəmməd Rəsulullah” deməkdir).

والإِقرارُ بِما جاءَ بِهِ مِن عِندِ اللّه،

(İkincisi:) Onun Allah tərəfindən gətirdiklərini təsdiq etməkdir.

وحَقٌّ فِي الأَموالِ مِنَ الزَّكاةِ،

(Üçüncüsü:) Mal-dövlətdə zəkat borcudur.

والوَلايَةُ الَّتي أمَرَ اللّهُ عَزَّوجَلَّ بِها وَلايَةُ آلِ مُحَمَّدٍ(ص)، فَإِنَّ رَسولَ اللّهِ (ص) قالَ: مَن ماتَ ولا يَعرِفُ إمامَهُ ماتَ ميتَةً جاهِلِيَّةً، قالَ اللّهُ عَزَّوجَلَّ: «أطيعُوا اللّهَ وأطيعُوا الرَّسولَ واُولِي الأَمرِ مِنكُم». فَكانَ عَلِيٌّ (ع)، ثُمَّ صارَ مِن بَعدِهِ حَسَنٌ، ثُمَّ مِن بَعدِهِ حُسَينٌ، ثُمَّ مِن بَعدِهِ عَلِيُّ بنُ الحُسَينِ، ثُمَّ مِن بَعدِهِ مُحَمَّدُ بنُ عَلِيٍّ، ثُمَّ هكَذا يَكونُ الأَمرُ. إنَّ الأَرضَ لا تَصلُحُ إلاّ بِإِمامٍ، ومَن ماتَ لا يَعرِفُ إمامَهُ ماتَ ميتَةً جاهِلِيَّةً.

(Dördüncüsü:) Allah-Taalanın əmr etdiyi Muhəmmədin (s) xanədanının (Əhli-beyt) vilayətinə tabe olmaqdır! Həqiqətən, Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs imamını tanımadığı halda ölsə, cahillik dövründə ölmüşdür!”

Allah-Taala buyurmuşdur: “Allaha, Peyğəmbərə və sizdən olan əmr sahiblərinə itaət edin!” (“Nisa”, 59.)

Demək, Əli (ə) imamdır, ondan sonra Həsən, ondan sonra Hüseyn, ondan sonra Əli ibn Hüseyn, ondan sonra Muhəmməd ibn Əli, sonra da bu minvalla davam edir.

Yer üzü imamsız islah olunmaz. Hər kəs imamını tanımadan ölsə, cahillik dövründə ölmüşdür.” (“Əl-kafi”, c.2, səh.21, hədis 9.)



Maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930