Niyə günahkar cavan – behiştə, mömin abid isə cəhənnəmə düçar oldu?
Mьəllif: admin1
Tarix: 1-12-2020, 22:08
Niyə günahkar cavan – behiştə, mömin abid isə cəhənnəmə düçar oldu?
Bir gün Həzrət İsa (ə) bir səhradan keçirdi. Yolda bir ibadət yerinə çatır ki, orada bir abid yaşayırdı.

Həzrət İsa (ə) onunla söhbət edir. Bu zaman çirkin işlərlə məşğul olan bir cavan oradan keçirdi. O zaman ki, gözü Həzrət İsaya (ə) və abidə dəyir, ayaqları süstləşir və yol gedə bilmir.

Elə oradaca dayanır və deyir: “Allahım, mən öz çirkin işlərimdən xəcalət çəkirəm. İndi əgər Sənin peyğəmbərin (ə) məni görsə və danlasa, nə edim?! Allahım, üzrümü qəbul et və abırımı aparma!”.

Abid bu cavanı görən kimi başını yuxarı qaldırır və deyir: “Allahım! Məni Qiyamət günü bu günahkar cavanla bir yerdə məhşur etmə!”.

Bu zaman Allah Təala peyğəmbərinə vəhy göndərir ki, həmin abidə de: “Biz sənin duanı yerinə yetirdik və səni bu cavanla məhşur etməyəcəyik.

Çünki o, tövbə etdiyi və peşman olduğu üçün behişt əhlindəndir. Sən qürur və xudbinliyinə görə cəhənnəm əhlindənsən”.

Beləliklə, günahkar cavan tövbə etdiyi üçün – behiştə, abid isə xudbinliyinə görə özünü cəhənnəmə düçar etdi.

Allah Təala bizləri xoş aqibətlilərdən qərar versin, inşəallah!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031