Ayətullah Şeyx Əli Səadətpərvərdən bir neçə nəsihət
Mьəllif: admin1
Tarix: 27-11-2020, 22:58
Ayətullah Şeyx Əli Səadətpərvərdən bir neçə nəsihət
Böyük arif həzrət Ayətullah Şeyx Əli Səadətpərvərin vəfatının ildönümü münasibətilə onun bir neçə nəsihətini yada salırıq:

1. Mənim əzizlərim! Nəfspərəstlikdən uzaq olun ki, sizə hər şey verilsin. Bilin ki, nəfspərəstlikdə axtardıqlarınız, nəfsi istəkləri tərk etməkdə tapılır.

2. Mənim əzizlərim! Həyat yoldaşınıza təşəkkür edin, hətta bişirdiyi yemək şit, ya duzlu, yaxud pis olsa da. Siz onun bişirdiyi yeməkdən razı qaldığınızı bildirdikdə, həyat yoldaşınız sevinir.

Bu məsələ sizin mənəvi irəliləyişinizə səbəb olur. Mən cavan vaxtlarımda bir dəfə ailəmlə yaxşı davranmadım. Məna aləmində mənə dedilər ki, sənin 20 illik nalələrin təsirdən düşdü.

3. Mənim əzizlərim! Uşaqlıqdan bu fikri başınızda fikirləşin ki, bütün güc və qüvvət Haqqın əlindədir. Əgər Allah istəməsə, heç kəs mənə zərər yetirə bilməz və mən öz vəzifəmə əməl etməliyəm, hətta bütün dünya mənimlə düşmən olsa da.

Belə düşüncəyə sahib olsanız, bir yerdə rəhbər olsanız, yaxud sizə böyük bir vəzifə verilsə, öz vəzifənizə əməl etməkdən qorxmayacaqsız.

4. Mənim əzizlərim! Mümkün olsa, gün ərzində bir neçə saat, ya ən azından 5 dəqiqə özünüz barədə fikirləşin ki, nə işin sahibi olduğunuz, nə üçün var olduğunuz, hara getdiyiniz sizin üçün aydın olsun. Beləliklə, ömrünüz qəflətdə keçməsin.

5. Mənim əzizlərim! İbadətdə onun kəmiyyətinə deyil, keyfiyyətinə diqqət edin.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031