Günah əslində nədir?
Mьəllif: admin1
Tarix: 27-11-2020, 17:29
Günah əslində nədir?
Bir nəfər Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Ya Rəsulallah! Biz bilmirik ki, nə günahdır, nə yaxşılıqdır?”.

Həzrət (s) buyurur: “Bax gör, qəlbin nə deyir. Əgər qəlbin aramsızdırsa – onu qəbul etmə və bil ki, o, günahdır”.

İmam Əlinin (ə) nəzərinə görə günah etmək – Allaha müharibə elan etmək deməkdir. İmam Əli (ə) Malik Əştərə buyurur:

“Məbada Allahla müharibəyə gedəsən. Əgər kimsə günah etmək istəsə, həqiqətdə Allahla müharibə etməyə getmək istəyir”.

Əgər Qurana nəzər salsaq, görərik ki, bəzi günahlar həqiqətən də Allahla müharibəyə qalxmaq kimi təqdim edilmişdir. Bu günahlardan biri də sələmdir.

Sələm yemək – Allahla müharibəyə qalxmaq deməkdir. “Ey iman gətirənlər, Allahdan qorxun və əgər imanınız varsa, sələmin qalanından (sərmayədən artıq aldığınız miqdardan) əl çəkin.

Və əgər belə etməsəniz, (və sələmçiliyi davam etdirsəniz), onda Allah və Onun Peyğəmbəri tərəfindən olan müharibəyə yəqin edin (yəqin bilin ki, belə bir müharibə sizə üz tutacaqdır, haqq hökümət və ya partlayış həddinə çatmış cəmiyyət onu sizdən geri alacaqdır)”. (“Bəqərə” 278-279).

İblis (lən) – müşrik və kafirdir. O, Allahın qarşısında dayanaraq dedi: “Sizin nəzəriniz budur, mənim isə nəzərim budur. Mən Adəmdən (ə) daha üstünəm.

Sizin nəzəriniz belədir ki, mən gərək Adəmə (ə) səcdə edəm. Ancaq mənim nəzərim belədir ki, mən daha üstünəm”.

Ona görə də günah etmək – Allahla müharibəyə qalxmaq deməkdir. İnsanın xarici düşməni olan şeytanın və daxili düşməni olan həvəsin məqsədi budur ki, ağlı zəncirləsinlər və insan ağılsızlıq etsin.

Bir nəfər İmam Əliyə (ə) deyir ki, mən gecə namazını sevirəm. Ancaq hər nə qədər edirəmsə, onu yerinə yetirə bilmirəm.

Həzrət (ə) cavabında buyurur: “Günah iradənin əl və ayaqlarını bağlamışdır. Gecə oyana bilmirsən”.

Ona görə də deyə bilərik ki, günah – ağlın boynundan asılmış zəncirdir və onu bəndə vurmuşdur.

İmam Malik Əştərə buyurur: “Ey Malik! Səni hidayət edən ən mühüm iş – Allah təqvasıdır”.

Təqva – qalxana malik olmaqdır. Hər kimin əlində qalxan olar – oxlardan və nizələrdən amanda olar. Ox hansı tərəfdən gəlirsə-gəlsin, onun qalxanı vardır və onu qoruyacaqdır.

Günah – oxdur. Biz gərək bu həqiqətə inanaq. Bu, bir bənzətmə deyildir, hədislərimiz bunu buyurur.

Naməhərəmə baxmaq – şeytanın zəhərli oxudur. Haram mal da o cürdür.

Quran buyurmur ki, rüşvət almayın. Buyurur ki, o şey ki, dərinizi qopardır – onu almayın. Çünki rüşvət sizin abrınızın dərisini qopardandır.

Hər kim rüşvət alarsa, istər-istəməz dərisini qopardacaqlar. Çünki, bu, Allahın nizamıdır.

Beləliklə, deyə bilərik ki, günah – əslində Allahla müharibəyə qalxmaq deməkdir. Günah ağlın ayaqlarını bağlayandır.

Günahdan uzaq olmağın yolu – İlahi təqvadır. İlahi təqva günah qarşısında qalxandır. Hər kimin təqvası olar, günah oxlarından qoruna bilər.

(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)

/Deyerler.org/

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031