Sehrbazların şəri belə dəf edildi, ölən insan şəhadət verdi – İmam Sadiqin (ə) kəramətlərindən
Mьəllif: admin1
Tarix: 23-11-2020, 22:00
Sehrbazların şəri belə dəf edildi, ölən insan şəhadət verdi – İmam Sadiqin (ə) kəramətlərindən
Məsum İmamlar (ə) öz imamət məqamlarını təsdiq etmək üçün kəramətə malik olmuşdular. Göstərdikləri kəramət sayəsində məlum olmuşdur ki, onlar imamət kürsüsündə əyləşməyə layiqdirlər.

Bu baxımdan, İmam Sadiqin (ə) bəzi kəramətləri ilə tanış olaq.

Muhəmməd ibni Sinan nəql edir: “Mənsur, Kabil şəhərindən 70 nəfəri çağırır və onlara deyir ki, sehrbaz olduğunuzu iddia edirsiniz.

Onda qadınla kişi arasına ayrılıq salın. O vədə verərək və hədələyərək onları təhrik edir ki, İmam Sadiqi (ə) özünə tabe etsinlər.

Sehrbazlar Mənsurun təşkil etdiyi məclisə getdilər. Müxtəlif şəkillər çəkdilər, o cümlədən şirin şəklini çəkdilər ki, insanları sehr etsinlər.

Mənsur öz taxtında əyləşir və tacını başına taxır. Saray xidmətçilərinə əmr edir ki, İmam Sadiqi (ə) dəvət etsinlər.

O zaman ki, İmam (ə) içəri daxil olur, onlara nəzər salır və əlini dua üçün qaldırır. Duanı elə oxuyur ki, bəzi sözlərini eşitmək olurdu.

Sonra buyurur: “Vay olsun sizə! Allaha and olsun ki, sizin sehrinizi batil edəcəyəm”.

Sonra yüksək səslə buyurur: “Ey şirlər! Onları udun!”.

Bu zaman hər kim şir şəklini çəkmişdi, şirlər onlara hücum edib onları uddular. Mənsur taxtından yerə düşdü və qorxu içində dedi: “Ey Əba Abdullah! Məni bağışla, bir daha belə iş görməyəcəyəm”.

Həzrət Sadiq (ə) də ona möhlət verdi.

O, İmamdan (ə) xahiş etdi ki, şirlərin udduğu sehrbazları geri qaytarsın.

İmam (ə) buyurur: “Əgər Musanın (ə) əsası udduğu şeyi geri qaytarsa, bu şirlər də onu edərdilər”.

Muhəmməd ibni Raşid, İmam Sadiqlə (ə) eyni zamanda yaşamış babasından nəql edir ki, bir gün İmam Sadiqə (ə) sual vermək üçün evimdən hərəkət etdim.

Yolda xəbərdar oldum ki, İmam (ə) müsəlmanlardan birinin cənazə mərasiminə getmişdir. Ona görə də qəbiristanlığa tərəf hərəkət etdim.

İmamla (ə) görüşəndən sonra ona sualımı verdim. İmam (ə) da mənə onun cavabını verdi. Geri qayıtmaq istəyən zaman məni yanına çağırdı və buyurdu: “Siz insanlar, elm bulağını buraxmısınız”.

Dedim: “Məgər siz bu zamanda ümmətin İmamı deyilsinizmi?”.

İmam (ə) buyurdu: “Bəli”.

Dedim: “Sizdən dəlil istəyirəm ki, yəqinə çatım”.

Həzrət (ə) buyurdu: “Hər nə istəyirsənsə, soruş. Mən Allahın iradəsi ilə sənin cavabını verəcəyəm”.

Mən dedim: “Bir qardaşım vardı ki, dünyadan getmişdir. Onu bu qəbiristanlıqda dəfn etmişəm. Sizdən istəyirəm ki, onu dirildəsiniz”.

İmam (ə) buyurdu: “Qardaşın yaxşı insan idi. Ona görə sənin istəyini yerinə yetirəcəyəm. Baxmayaraq ki, sən bu işə layiq deyilsən”.

Sonra onun qəbrinə yaxınlaşdı və onu səslədi. Bu zaman qəbir açıldı və qardaşım oradan xaric oldu. Mənə dedi: “Ey qardaşım, onun ardıcılı ol və onu buraxma”.

Sonra qəbrinə tərəf geri qayıtdı.

İmam (ə) məndən əhd aldı ki, bu məsələdən heç kəsi xəbərdar etməyim”.

Əbu Bəsir nəql edir: “Bir gün İmam Sadiqin (ə) yanında əyləşmişdim. Söhbət Məala ibni Xənisdən düşdü.

Həzrət (ə) buyurdu: “Əba Muhəmməd! Onunla bağlı sənə mühüm mövzu deyəcəyəm. Onu başqalarından gizli saxla. O, öz həqiqi məqamına çatmaz, məgər o zaman ki, Davud ibni Əli tərəfindən hücuma məruz qalacaqdır”.

Soruşdum: “Davud onunla nə edəcəkdir?”.

Buyurdu: “Onu dəvət edəcək və boynunu vuracaqdır. Bədənini dara çəkəcəkdir”.

Soruşdum: “Bəs bu hadisə nə zaman baş verəcəkdir?”.

Buyurdu: “Gələn il”.

Əbu Bəsir nəql edir: “Gələn il Davud Mədinənin valisi oldu. Məalanı öz yanına çağırdı və ondan istədi ki, İmam Sadiqin (ə) tərəfdaşlarının adını onun üçün yazsın.

Məala bu işdən imtina edir. Davud əsəbiləşir və deyir: “Əgər onların adını gizlətsən, səni öldürəcəyəm”.

Məala deyir: “Məni öldürməklə qorxudursan? Allaha and olsun ki, heç bir zaman bu işi görməyəcəyəm”.

Davud qəzəblənir və onu şəhid edir. Mübarək cənazəsini isə dara çəkir”.

İbrahim nəql edir: “İmam Sadiqin (ə) xidmətindən ayrıldım və evimə getdim. Gecə mənimlə anam arasında mübahisə baş verdi.

Onun üstünə qışqırdım və onunla sərt rəftar etdim. Səhər oldu, namazımı qıldım. İmamın (ə) yanına gəldim.

Daxil olan zaman mənə buyurdu: “Niyə ananın üstünə qışqırmısan? Məgər bilmirsən ki, o, səni bətnində gizdirmişdir və ətəyində böyütmüşdür? Südü ilə səni yedizdirmişdir?”.

Dedim: “Bəli”.

Həzrət (ə) buyurdu: “Ona görə heç bir zaman onunla sərt danışma””.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930