Vəsvəsə ilə başlayan mərhələ, ixtiyarın itməsi ilə bitir
Mьəllif: admin1
Tarix: 23-11-2020, 21:57
Vəsvəsə ilə başlayan mərhələ, ixtiyarın itməsi ilə bitir
Aman o gündən ki, şeytan (lən) hər bir yolla insanın ürəyini ələ almağa çalışar. Əvvəli çətin olar. Çünki insanın ürəyi Allaha bağlı olar.

Ancaq o zaman ki, insan bir qədər zəiflik göstərər, şeytan bu fürsətdən istifadə edər və insanın ürəyini əlinə alar. Bu, şeytanın ilk qələbə pilləsi olar. İnsanın isə süqut və həlak pilləsi.

Günah, Allahın buyurduqlarının əksini yerinə yetirmək olduğu üçün çirkin əməl hesab olunur. Ona görə də bu nəzərdən baxanda heç bir günah kiçik deyildir.

İmam Sadiq (ə) günahın insan ruhuna vurduğu təsir barəsində buyurur: “O zaman ki, insan günah edər, qəlbində bir qara nöqtə meydana gələr. Əgər tövbə edərsə, o qaralıq məhv olar.

O zaman ki, tövbə etməz və başqa günahlar edər, qaralıq artar o yerə qədər ki, bütün qəlbini əhatə edər. Artıq onun səadəti üçün yol qalmaz”.

Şeytan ilk olaraq insana vəsvəsə edər. Sonra insanı kiçik günahlara vadar edər. Sonra onu yavaş-yavaş böyük günahlara tərəf çəkər.

Sonra insanın qəlbinə toxumlarını tökər və cücə çıxardar. Nəhayət iş o yerə gəlib çatar ki, insanın ixtiyarı şeytanın əlində olar.

Bəziləri deyir ki, yaxşı insan olmaq istəyirəm, ancaq bacarmıram, ona görədir ki, bu insanın ixtiyarı şeytanın əlindədir. O, şeytanın əsiridir. Əslində onu şeytan idarə edir.

Yadımızda olsun ki, şeytan hər kəsi öz zənciri ilə çəkər. Bəzilərinin zəncirə belə ehtiyacları yoxdur. Özləri şeytanın ardınca gedərlər. Ancaq elələri də vardır ki, şeytanı öz ardınca çəkərlər.

Allah bizi şeytanın vəsvəsələrindən qorusun. Onun əsiri etməsin. Amin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031