Mömin insan qəssabı necə incitmişdi?
Mьəllif: admin1
Tarix: 23-11-2020, 21:55
Mömin insan qəssabı necə incitmişdi?
Ayətullah Behbaninin zamanında üç tacir Məkkəyə getmək niyyətilə İraqa daxil oldular. İraqdakı müqəddəs məkanları ziyarət etdikdən sonra, Məkkəyə yollandılar.

Bir qədər pulları var idi və istədilər ki, onu əmin bir insanın yanında əmanət qoysunlar. Ona görə də Ayətullah Behbaninin yanına gəldilər. Alim də Şeyx Cəfər Əminin ünvanını onlara verir. Üç tacir onun yanına gəlir və pullarını əmanət qoyaraq, gedirlər.

Şeyx Cəfər Əmin çox mömin bir insan idi. Üç tacir Məkkədəki ziyarətlərini başa vurub İraqa qayıdırlar və Şeyx Cəfər Əminini axtarırlar.

Məlum olur ki, Şeyx vəfat etmişdir. Şeyxin oğlu atasının dəftərini gətirir və 2 tacirin adını və verdikləri pulun miqdarını orada oxuyur.

Ancaq üçüncü tacirin adı orada olmur. Üçüncü tacir oğlundan pulunu istəyir, ancaq o, dəftərdə adını tapmadığına görə çarəsiz qalır. Onlar Ayətullah Behbaninin yanına gedirlər.

Alim deyir: “Bu gecə bir neçə doğru insanla Şeyxin qəbrinin üstünə gedin və dua edin. Bəlkə nə isə aydın olar”.

Birinci gecə heç bir xəbər olmur. İkinci gecə də o cür. Elə ki, üçüncü gecə dua edirlər, bu zaman qəbirdən səs eşidirlər. Şeyx pulun ünvanını deyir. Ancaq çox ah-nalə çəkir və deyir ki, “nə çəkirəmsə, bu qəssabın əlindən çəkirəm”.

Alimə xəbər verirlər və çarə düşünürlər. Alim ailə üzvlərindən soruşur ki, Şeyx hansı qəssabla alış-veriş edərdi? Qəssabı tapır və ondan soruşur ki, Şeyxin əlindən niyə narahatsan? Qəssab deyir: “Allah qəbir əzabını daha da çox etsin”.

Qəssabdan narahatlığının səbəbini soruşur. Qəssab deyir ki, mənim bir qızım var. O cavan oğlan ki, ondan qoyun alıram, qızımla evlənmək istəyir. Mən də qərara aldım ki, Kufəyə gedib onun ailəsi barəsində araşdırma aparım.

Mən olmayan zaman onlar da mənim ailəm barəsində araşdırma aparırlar. Mən onların ailəsini araşdırandan sonra başa düşdüm ki, yaxşı insanlardırlar.

Ona görə də bu evliliyə razı oldum. Lakin həmin cavan Şeyxin yanına gedir və bizim ailəmiz barəsində ona suallar verir. Şeyx də qəssabın qızını öz oğluna almaq istəyir. Ona görə deyir ki, mən bilmirəm.

Kufəli cavan da düşünür ki, yəqin nə isə bir məsələ var ki, alim belə deyir. Ona görə də tanışlarından birinə deyir ki, qəssaba deyin ki, məni gözləməsin. Qızını ərə versin.

İllər keçir və qəssabın qızının yaşı artır. Şeyx də onu oğlu üçün almaq istədiyini oğluna deyəndə, oğlu qəbul etmir.

Bir neçə il sonra qəssab həmin Kufəli cavanla görüşür və ondan gəlməməsinin səbəbini soruşur və o, da danışır ki, bəs Şeyx mənə belə cavab vermişdi, ona görə evlənməkdən imtina etdim. O gündən sonra qəssab Şeyxi nifrin etməyə başlayır.

Alim qəssaba deyir: “Əgər mən sənin qızın üçün yaxşı nişanlı tapsam, Şeyxdən razı olarsanmı?”.

Qəssab deyir: “Bəli”.

Alim subay şagirdlərindən birinə üzünü tutur və təklif edir ki, həmin qızla evlənsin.

Şagirdi də qəbul edir. Bu yolla qəssabı razı salır və Şeyxi qəbir əzabından xilas edir.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930