Bu dəstənin üzünə rəhmət qapıları açıqdır...
Mьəllif: admin1
Tarix: 20-11-2020, 12:19
Bu dəstənin üzünə rəhmət qapıları açıqdır...
Hənəş ibn Mötəmir belə nəql edir:

دَخَلتُ عَلى أميرِ المُؤمِنينَ عَلِيِّ بنِ أبي طالِبٍ (ع) فَقُلتُ: السَّلامُ عَلَيكَ يا أميرَ المُؤمِنينَ ورَحمَةُ اللّهِ وبَرَكاتُهُ، كَيفَ أمسَيتَ؟

“(Bir gün) Əmirəlöminin Əli ibn Əbu Talibin (ə) hüzuruna gedib dedim: “Ey Əmirəlmöminin, – Allahın sənə salamı, rəhmət və bərəkətləri olsun – gündüzü necə keçirdin?””

Həzrət buyurdu:

أمسَيتُ مُحِبًّا لِمُحِبِّنا، ومُبغِضًا لِمُبغِضِنا، وأمسى مُحِبُّنا مُغتَبِطًا بِرَحمَةٍ مِنَ اللّهِ كانَ يَنتَظِرُها، وأمسى عَدُوُّنا يُؤَسِّسُ بُنيانَهُ عَلى شَفا جُرُفٍ هارٍ، وكَأَنَّ ذلِكَ الشَّفا قَدِ انهارَ بِهِ في نارِ جَهَنَّمَ، وكَأَنَّ أبوابَ الرَّحمَةِ قَد فُتِحَت لِأَهلِها، فَهَنيئًا لِأَهلِ الرَّحمَةِ رَحمَتُهُم، وَالتَّعسُ لِأَهلِ النَّارِ وَالنّارُ لَهُم.

“Dostlarıma məhəbbət və düşmənlərimə kin-küdurətlə. Bizim dostlarımız xoş intizarla çəkdikləri Allahın lütf və mərhəmətinə ümid bəsləyir, sanki rəhmət qapıları üzlərinə açılır, düşmənlərimiz isə sıldırım qayanın kənarı ilə hərəkət edirlər, sanki bu uçurum onları Cəhənnəmə sarı yuvarlayır. Belə isə rəhmət rəhmət əhlinə, atəş və həlakət də atəş əhlinə müjdə olsun!”

يا حَنَشُ، مَن سَرَّهُ أن يَعلَمَ أمُحِبٌّ لَنا أم مُبغِضٌ فَليَمتَحِن قَلبَهُ، فَإِن كانَ يُحِبُّ وَلِيًّا لَنا فَلَيسَ بِمُبغِضٍ لَنا، وإن كانَ يُبغِضُ وَلِيَّنا فَلَيسَ بِمُحِبٍّ لَنا، إنَّ اللّهَ تَعالى أخَذَ الميثاقَ لِمُحِبِّنا بِمَوَدَّتِنا، وكَتَبَ فِي الذِّكرِ اسمَ مُبغِضِنا، نَحنُ النُّجَباءُ وأفراطُنا أفراطُ الأَنبِياءِ.

“Ey Hənəş, bizə dost və yaxud düşmən olduğunu bilmək istəyən qəlbini imtahan etsin. Bəs, bizim dostumuzu sevirsə, bizə düşmən deyil, düşmənimizi sevsirsə, bizim dostumuz deyildir!

Həqiqətən, Allah-Taala dostlarımızla peyman bağlamışdır ki, bizə məhəbbət bəsləsinlər, düşmənimizin də adını “lövhi-məhfuz”da yazmışdır. Biz Allahın seçilmişləriyik! Bizim öndə gedənlərimiz peyğəmbərlərin öünündə gedənlərdir!” (“Əmali”, Şeyx Tusi, səh.113, hədis 172.)


Maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930