Dünya əhlinin 4 növü – İmam Əlinin (ə) nəzərinə görə
Mьəllif: admin1
Tarix: 20-11-2020, 11:57
Dünya əhlinin 4 növü – İmam Əlinin (ə) nəzərinə görə
İmam Əli (ə) “Nəhcul-bəlağə”də dünya əhlini 4 dəstəyə bölmüşdür. Onlarla tanış olaq:

1. Birinci dəstə sakit və qoyun sifətli insanlardır. Onlardan heç bir yanlış əməl görünməz. Onların arzuları vardır, ancaq qüdrətləri yoxdur.

2. İkinci dəstənin həm arzuları vardır, həm də qüdrət hümmətini bellərinə bağlamışdılar. Pul və sərvət toplayarlar. Hökumət əldə edərlər. Ya vəzifə sahibi olarlar. Heç bir fəsaddan çəkinməzlər.

3. Üçüncü dəstə qoyun libasında olan canavarlardır. Buğda satan kimi görünüb, arpa satarlar. Dünya əhlidirlər, ancaq axirət əhli simasındadırlar. Addımlarını kiçik atarlar. İnsanların arasında elə zahir olarlar ki, etimadı özlərinə tərəf cəlb edərlər.

4. Dördüncü dəstə rəhbərlik həsrəti çəkərlər. Bu arzunun atəşi ilə yanarlar. Ancaq nəfslərinin həqarəti onları evdə əyləşdirmişdir. Bu həqarət pərdəsini kənara çəkmək üçün zahid əhlinin libasını geyinərlər.

İmam Əlinin (ə) nəzərinə görə, bu dörd dəstə insan dünya əhlidirlər. Ona görə ki, onların hamısında müştərək cəhət vardır. O, da budur ki, onlar dünyanın əsiri və quludurlar.

Allah Təala bizləri axirət əhlindən qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031