İlk oruc tutan insan kim olmuşdur?
Mьəllif: admin1
Tarix: 18-11-2020, 21:00
İlk oruc tutan insan kim olmuşdur?
Bəzi hədislərə görə, ilk oruc tutan insan – Həzrət Adəm (ə) olmuşdur. Hədisdə oxuyuruq:

“O zaman ki, Həzrət Adəm (ə) qadağan olunmuş ağacın meyvəsindən yedi, o meyvə 30 gün mədəsində qaldı. Ondan sonra Allah Həzrət Adəmə (ə) və onun övladlarına 30 gün aclığı və susuzluğu vacib etmişdir”.

Bu hədis deyir ki, ilk oruc tutan insan – Həzrət Adəm (ə) olmuşdur.

Bəzi hədislərdən belə başa düşmək olur ki, Həzrət Peyğəmbərin (s) dövründə ilk oruc tutan insan – İmam Əli (ə) olmuşdur.

Belə ki, hədislərin birində oxuyuruq: “Əbu Səyid Xədəri nəql edir: “Peyğəmbər (s) ilə birlikdə Məkkədə idik. Uzun qamətli bir ərəb gəldi və dedi: “Ya Muhəmməd (s)! Əli ibni Əbitalibi (ə) nə qədər sevirsən?”.

Həzrət Peyğəmbər (s) ağlamağa başladı. Belə ki, göz yaşları üzündən axırdı. Sonra buyurdu: “Ey ərəb! İlk kəs ki, oruc tutmuşdur, zəkat vermişdir, sədəqə vermişdir, iki qibləyə namaz qılmışdır, iki dəfə beyət etmişdir, iki dəfə hicrət etmişdir... İmam Əli (ə) olmuşdur”.

Allahım! Bizləri Əhli-Beytin (ə) ardıcıllarından qərar ver!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031