Nəfslə mübarizə və nəfsi nəzarətdə saxlamaq – Ayətullah Cavadi Amulinin nəzəri
Mьəllif: admin1
Tarix: 18-11-2020, 20:58
Nəfslə mübarizə və nəfsi nəzarətdə saxlamaq – Ayətullah Cavadi Amulinin nəzəri
Özünü imtahana çəkmək – bir zərurətdir. Həm müraqibə və həm də mühasibə zamanı insan gərək təqvaya riayət etsin.

Əxlaq alimlərinin nəzərinə görə, əxlaq elmi ilə tanış olmağın ilk mərhələsi rəzil sifətlərdən başlamalıdır. İnsan ilk olaraq rəzil sifətləri tanımalı və onları özündən uzaqlaşdırmalıdır. Əgər bu sufətlər onda yoxdursa, çalışmalıdır ki, ona düçar olmasın.

Ruh həkimi üçün bu sifətlərin tanınması çox mühümdür. Necə ki, cisim həkimi zəhərləri tanıyandan sonra onu müalicə edə bilir, ruh həkimi də rəzil sifətləri tanıyandan sonra onun qarşısını almağa çalışır.

Əxlaq elmində müraqibə və mühasibənin yeri mühümdür. O zaman ki, əmmarə nəfs ağlın mütisi olur, müraqibə və mühasibə də asan yerinə yetirilir.

Müraqibə odur ki, insan tamamilə nəzarətdə olar. İnsan gərək özünün nəzarətçisi olsun. Əməllərinə nəzarət etsin ki, nə edir. Əgər yaxşı iş görmək istəyirsə, bu işi tez yerinə yetirsin. Əgər pis iş görməyi qərara alıbdırsa, ondan tez bir zamanda əl çəkməlidir.

Müraqibənin yanında mühasibə də olmalıdır. O insan ki, hesab əhlidir – gərək öz əməllərini də hesaba çəksin. İmam Əli (ə) buyurur: “İnsanı hesab günündə ölçməzdən əvvəl o, gərək özünü hesaba dəvət etsin və ölçsün”.

Özünü hesaba çəkən insan həmişə özünü borclu hesab edər. O zaman ki, özünü borclu hesab edər – təkəbbür və yersiz qürura düçar olmaz. Həmişə təvazökar və müti olar. Nəticəsi həyat tərzində, xüsusilə də namazında təzahür edər.

Quranın nəzərində mühasibənin lazımlığı

Qurani-Kərim mühasibə ilə bağlı belə xəbərdarlıq edir. “Qəlbinizdə olanı (qeyri-ixtiyari fikir və adətlər deyil, pis əqidələr və yaramaz adətləri) aşkar etsəniz də, gizlətsəniz də Allah sizinlə onun hesabını aparacaqdır.

Beləliklə, (rəhmətinin tələbi əsasında) istədiyini bağışlayacaq, (ədalətinə əsasən) istədiyinə əzab verəcəkdir. Allah hər şeyə qadirdir”. (“Bəqərə” 284).

O şey ki, qəlbimizdə vardır, Allah onların da hesabını çəkəcəkdir. Əgər insan qərara alsa ki, pis iş yerinə yetirsin, ancaq ona əməl etmək alınmasa – həmin qərarın özü ruhu qaraldar.

Qurani-Kərim bu haqda buyurur: “Bilin ki, Allah ürəyinizdə olanları bilir. Buna görə də Ondan (Onun qəzəbindən) çəkinin və bilin ki, Allah çox bağışlayan və həlimdir”. (“Bəqərə” 235).

İnsan nəinki yerinə yetirdiyi əməllərin mühasibəsini etməlidir, əslində hər mövzuya nəzarət etməlidir. O cümlədən danışıqlarına, əyləşib-qalxmağına, düşüncələrinə...

Çalışmalıdır ki, düşüncələrində yolunu azmasın, əməllərində xata işlətməsin. Bütün bunlar mühasibənin zərurətlərindəndir.

O kəs ki, haqq yolunu saliki olar – gərək mühasibə əhlindən olsun. Özünü imtahana çəkməlidir ki, görsün səadət yolunu yolçusudur, yoxsa zəlalət yolunun.

Bəzən insan xeyir işləri tanımır və bir şeyi xeyir bilir ki, həmin şey xeyir deyildir. O zaman ki, İlahi vəhyə müraciət edir – səhv etdiyinə əmin olur. Belə bir insanda batil süqut edər və təkamül irəli gedər.

İlahi vəhy – Allahın tərəzisidir. İnsan gərək düşüncələrini bu İlahi tərəzi ilə ölçsün. Belə insan xeyir və şəri müəyyən edən zaman ehtiyatlı olar.

Qurani-Kərim buyurur: “Əldə etdiklərindən payları olacaq kəslər onlardır. Allah çox tez hesab çəkəndir (bir göz qırpımında Qiyaməti bərqərar edəcək və yaradılmışların aşkar və müfəssəl hesabından qabaq, bir anın içində onların hamısının gizlin və müxtəsər hesabını aparacaqdır)”. (“Bəqərə” 202).

“Kim Allahın ayələrinə kafir olsa, (bilsin ki,) Allah tez hesab çəkəndir”. (“Ali-İmran” 19).

“Əlbəttə, kitab əhlindən Allah qarşısında təvazökarlıqla Allahın ayələri(ni təhrif etmək) ilə azacıq bir qazanc əldə etmədən Allaha, sizə nazil olana (Qurana) və onlara nazil olana (keçmiş səma kitablarına) iman gətirən kəslər vardır.

Onların öz Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır. Şübhəsiz, Allah tez hesab çəkəndir (hesab baxımından heç kəsin mükafatını gecikdirmir)”. (“Ali-İmran” 199).

“Sizə salam verildikdə, siz ondan daha gözəl və yaxud onun kimi bir salam(la cavab) verin. Şübhəsiz, Allah hər şeyin hesabını aparandır”. (“Nisa” 86).

Bu ayələrdən də göründüyü kimi, hesab çəkmək – mühüm mövzulardandır. İstər insanın özünü hesaba çəkməsi, istərsə də Allahın onu hesaba çəkməsi.

Ona görə hər kim suluk əhli olmaq istəyirsə, gərək mühasibənin əhəmiyyətini dərk etsin və öz əməllərini və düşüncələrini hesaba çəksin.

(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)



/Deyerler.org/


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930