Başqa peyğəmbərlərin (ə) meracı olubdurmu?
Mьəllif: admin1
Tarix: 16-11-2020, 21:55
Başqa peyğəmbərlərin (ə) meracı olubdurmu?
“(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey İsa, həqiqətən, Mən səni (camaatın arasından) götürəcək, Özümə tərəf qaldıracaq, küfr edən kəslərdən (onların cəmiyyətlərinin çirkinliklərindən) paklaşdıracaq və Qiyamətə kimi sənə tabe olanları (son İlahi islahatçının zühurunadək xristianları, ondan sonra isə müsəlmanları) kafirlərdən (yəhudilərdən) üstün edəcəyəm.

Sonra isə sizin qayıdışınız (axirətdə) Mənə tərəfdir. Beləliklə, sizin aranızda haqqında ixtilafda olduğunuz şey barəsində hökm çıxaracağam»”. (“Ali-İmran” 55).

Bu ayə – Həzrət İsaya (ə) aid bir ayədir. Bu ayədən belə nəticə çıxartmaq olur ki, Həzrət İsa (ə) heç bir zaman qətl edilməmişdir. Allah onu səmaya qaldırmışdır.

Uca Allah bu ayədə buyurur ki, mən səni kafir olanlardan pak edəcəyəm. Bu sözlərin mənası odur ki, səni imansız və çirkin insanların əlindən xilas edəcəyəm. Sənə vurulan töhmətləri və fitnələri aradan qaldıracağam.

Uca Allah sonra Həzrət İsaya (ə) buyurur ki, sənin davamçılarını Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyik. Bu yolla Allah Təala Həzrət İsanın (ə) davamçılarına ümid vermişdir.

Bu ayə Quranın gələcəkdən xəbər verən ayələrdən biridir.

İmam Baqir (ə) buyurur: “Həzrət İsanın (ə) meracı mübarək Ramazan ayının 21-ci gecəsində olmuşdur”.

Beləliklə bu nəticəyə gəlmək olur ki, başqa peyğəmbərlərin (ə) də meracı olmuşdur. Hamının qayıdacağı yer Allahın yanıdır. O, Müdrik və Adildir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930