Qarunun cəhənnəmə getməsinin əsas amili nədir?
Mьəllif: admin1
Tarix: 16-11-2020, 15:09
Qarunun cəhənnəmə getməsinin əsas amili nədir?
İmam Sadiq (ə) buyurur: “Məlundur, məlundur o kəs ki, Allah ona mal bağışlamışdır, o, ondan sədəqə verməmişdir”.

Mübarək İslam dini cəmiyyətdə olan yoxsullara əl tutmaq üçün sədəqə və infaq kimi əməlləri tövsiyə etmişdir. Həzrət Peyğəmbərin (s) nəzərinə görə, möminlərin yoxsullara yardım etməsi – möminlərin başı üzərində Qiyamət əzabından kölgə salar.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Qiyamətin torpağı – bir parça atəşdir, məgər möminlərə kölgə salanlardan başqa. Çünki möminin sədəqəsi onu öz kölgəsində örtər”.

Müqəddəs Qurani-Kərimin ayələrinə nəzər salanda görmək olur ki, cəhənnəm əhlinin ona düşməsinin səbəbləri çoxdur. Onlardan iki amil əsas hesab olunur.

Biri namaz qılmamaqdır və o birisi isə yoxsullara əl tutmamaqdır. “(Onlara üz tutaraq soruşarlar:) «Sizi Cəhənnəmə daxil edən nədir?».

Deyərlər: “Biz namaz qılanlardan deyildik. Fəqirə və yoxsula təam verməzdik””. (“Muddəssir” 42-44).

Başqa ayədə oxuyuruq: “Onlara: «Allahın sizə ruzi olaraq verdiyindən (haqqı olan şəxslərə Allah yolunda) sərf edin!» - deyildikdə, kafirlər iman gətirənlərə:

«Allahın istədiyi təqdirdə yedirə biləcəyi kəsəmi yemək verək?» – deyərlər (Allah onun ac qalmağını istəmişdir!) Siz yalnız açıq-aşkar azğınlıq içindəsiniz”. (“Yasin” 47).

Qarun – bu deyilənlərə aydın misaldır. Zəngin olmasına baxmayaraq, yoxsullara əl tutmazdı. Onun cəhənnəm əhli olmasının əsil səbəblərindən biri də məhz bu amildir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031