Həzrət Qaimin (ə.f) zühurundan əvvəl imtahanlar olacaqdır
Mьəllif: admin1
Tarix: 16-11-2020, 12:48
Həzrət Qaimin (ə.f) zühurundan əvvəl imtahanlar olacaqdır
Ayətullah Behcət buyurur: “Hər nə qədər İmam Zaman ağanın (ə.f) zühuru yaxınlaşarsa, bəlalar daha da artar. Bəlaların gəlməsi hələ bundan sonradır. Süfyani səkkiz ay ad çıxaracaqdır.

Əbu Süfyan və övladları – zalım, Əli (ə) nəslindən olanlar və övladları – məzlum olacaqlar. O Həzrət (ə.f) gələcək və zalımlardan məzlumlara görə intiqam alacaqdır.

Hələ ki, biz rahatlıq və nemət içindəyik. Allah bəlaları dəf etsin, ona düçar olanlara yəqin və səbir versin”.

“Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver”. (“Bəqərə” 155).

İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur: “Həzrət Qaimin (ə.f) zühurundan əvvəl Allah tərəfindən nişanələr olacaqdır ki, möminlər üçün imtahan olacaqdır”.

Həzrət (ə) sonra bu ayəni tilavət edir.

Əlbəttə, sizi imtahan edəcəyik. Yəni, möminləri – padşahların qorxusu ilə, qiymətlərin bahalanmasına görə – aclıqla, ticarətdə fəsada görə – malın azlığı ilə, ani ölümə görə – canlar ilə, bitkilərin az inkişaf etməsinə görə – səmərənin az olması ilə (imtahana çəkəcəkdir). Qaim (ə.f) zühur edən zaman səbir edənlərə müjdə ver.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930