Bütün günahların kökündə nə dayanır?
Mьəllif: admin1
Tarix: 14-11-2020, 12:29
Bütün günahların kökündə nə dayanır?
Əxlaq alimlərinin nəzərinə görə bütün günahların kökündə üç şey dayanır: həvayi-nəfs, dünya və şeytan.

Həvayi-nəfs.

Uca Allah insan nəfsində iki cür əlaqə xəlq etmişdir. Biri yaxşılığa əlaqədir, biri isə pisliyə əlaqədir.

Həvayi-nəfsin istəkləri ardınca getmək – insanın pis əlaqələrindəndir. O yerə qədər ki, Həzrət Yusif (ə) buna görə Allaha pənah aparır və ondan yardım istəyir.

“(Yusuf yaxud Əzizin zövcəsi dedi:) «Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm.

Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir. Həqiqətən mənim Rəbbim çox bağışlayan və mehribandır»”. (“Yusif” 53).

Dünyapərəstlik.

Dünya anlayışının əks mənası – axirətdir. Dünya öz-özlüyündə Allahın xəlqi olaraq, heç bir eybə malik deyildir.

Bəlkə əsil eyib – insanın, dünya ilə rabitəsinin keyfiyyətindədir. O insanlar ki, dünyaya maddi nəzərlə baxarlar – güman edirlər ki, orada həmişə qalacaqlar. Ona görə də Allahdan və axirətdən qəflət edərlər.

Bu səbəbdən, ilk olaraq insan dünya ilə bağlı baxışlarını dəyişdirməlidir. İnsan bilməlidir ki, ancaq bu dünya üçün yaradılmamışdır. Onun arxasında başqa bir cavidan dünya vardır.

Sonra axirət ilə dünyanı müqayisə edək və bu zaman başa düşəcəyik ki, bizim əsil məkanımız axirətdir, dünya deyildir. Dünya sadəcə ötüb keçən bir mənzildir.

Şeytan.

Qurani-Kərim buyurur ki, şeytanın (lən) ardınca getməyin, çünki o, sizin aşkar düşməninizdir. Ona görə də Quran buyurur ki, insanın qarşısında iki yol olar ki, onların biri Allahın yoludur, biri isə şeytanın. Şeytanın ən mühüm işi insana vəsvəsə etməkdir. Bu yolda ona əmmarə nəfs yardım edər.

Əgər əmmarə nəfsə malik olmasaydıq, şeytan bizə hakim ola bilməzdi. Şeytan insanın qəflətə düşməsinə səbəb olur. Şeytan elə edir ki, insan Allahdan, axirətdən, Allahı yada salmaqdan qafil olur və dünyaya bağlanır. Nəticədə də çoxlu günahlar edir.

Allah Təala bizləri günahdan qorusun!



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031