Əhli-Beyt (ə) məktəbinin uca zirvəsinə necə qalxmaq olar?
Mьəllif: admin1
Tarix: 13-11-2020, 22:14
Əhli-Beyt (ə) məktəbinin uca zirvəsinə necə qalxmaq olar?
Əhli-Beyt (ə) məktəbinin uca zirvəsinə çatmaq üçün təqva, saleh əməl, Əhli-Beytin (ə) davamçısı olmaq, o Həzrətləri (ə) sevmək, vilayətlərini qəbul etmək, onların əmrlərini diri saxlamaq, buyuruşlara əməl etmək lazımdır.

Onların göstərişlərinə əməl etmək o deməkdir ki, onların hər bir halda buyurduqlarına əməl edəsən, ibadət və vilayətlə bağlı buyurduqlarını yerinə yetirəsən, günahdan uzaq olasan və şübhə vadisinə qədəm basmayasan.

Ancaq bu zaman insan Əhli-Beyt (ə) məktəbinin uca zirvəsinə qalxa bilər.

Bununla yanaşı, Əhli-Beyt (ə) davamçısı nəfsi ilə cihad etməlidir. Hər kim nəfsinə qalib gələrsə, Uca Allah həmin şəxsə bəsirət verər.

İmam Səccad (ə) buyurur: “Bəndənin dörd gözü olar. İki gözü ilə dinin məsələlərini və dünyasını görər.

İki gözü ilə axirət məsələlərini. O zaman ki, Allah iradə edər ki, bəndəsinə xeyir versin, qəlbində olan iki gözünü açar. O iki gözü ilə qeybi görər”.

Əhli-Beyt (ə) davamçısı hər bir işində etidala riayət etməlidir. Nə ifrat etməli və nə də təfrit etməlidir. Bu, həmçinin ibadətlərinə də aiddir.

İslamın nəzərinə görə, həm ifrat və həm də təfrit – qorxulu yollardır. İfrat insanı bidətə tərəf çəkə bilər.

Təfrit isə ibadətdə və başqa əməllərdə süstlüyə və səhlənkarlığa səbəb olar ki, dinimiz bu əməli də bəyənmir.

Ona görə də həqiqi Əhli-Beyt (ə) davamçısı o kəsdir ki, mötədil olsun və hər bir işində etidala əməl etsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930