Bir dəfə qorxağlıq etməsinə görə, 60 günahsız insanı öldürən cani
Mьəllif: admin1
Tarix: 12-11-2020, 22:01
Bir dəfə qorxağlıq etməsinə görə, 60 günahsız insanı öldürən cani
Abdullah Bezaz Nişapuri nəql edir: “Mənimlə Həmid ibni Qətəbə arasında ticarət olmuşdu. Bir il onun yanına getdim və mənim gəldiyimi eşidən kimi məni qəbul etdi.

Həmid məni görən kimi ağlamağa başladı və onun ağlamağının səbəbini soruşdum. Dedi: “Səbəbi budur ki, Harun (lən) Tusda olan zaman məni yanına çağırdı.

Onun yanına gedən zaman gördüm ki, şamın yanına qılıncını qoymuşdur. Yanında da xidmətçisi dayanmışdı. Məni görən kimi dedi: “Mənə itaətdə nə qədər hazırsan?”.

Dedim: “Canımla və malımla sənin mütinəm”.

Mən evə qayıtdım və bu zaman ardımca adam göndərib məni yenə çağırdı və həmin sualı verdi və mən də ona həmin cavabı verdim.

Mənə gülümsədi və evə göndərdi. Elə ki, evə daxil oldum, dalımca yenə adam göndərdi və mənə həmin sualı verdi.

Mən də ona həmin cavabı verdim və o, bu cavabı eşidən zaman güldü və dedi: “Bu qılıncı götür və bu xidmətçi sənə nəyi əmr etsə, onu yerinə yetir”.

Xidmətçi məni bir binaya apardı ki, orada həbsxana var idi. Otaqların birinin qapısını açdı və içəridə 20 nəfər qocalı, cavanlı və uşaqlı məhbuslar vardı ki, hamısı zəncirə vurulmuşdu. Onlar İmam Əlinin (ə) nəslindən olan seyidlər idi.

Xidmətçi mənə dedi: “Əmir buyurubdur ki, bunların başını vurasan”.

Onları bir-bir bayıra çıxartdılar və mən də onların boynunu vurdum.

Nəhayət onların hamısını öldürdüm. Onların bədənlərini və başlarını quyuya atdılar.

Xidmətçi sonra başqa bir otağın qapısını açdı və orada da 20 nəfər seyid zəncirə vurulmuşdu və mənə əmr etdi ki, onların da başını vurum. Mən də bu əmri yerinə yetirdim.

Xidmətçi sonra üçüncü otağın qapısını açdı və orada da 20 nəfər İmam Əlinin (ə) övladları zəncirə vurulmuşdu. Xidmətçi mənə əmr etdi ki, onların da boynunu vurum.

Mən 19 nəfərin boynunu vurdum və 20-ci nəfərə yetişəndə dayandım. O, qoca bir kişi idi. Məni görən kimi dedi:

“Qolun sınsın, məlun! Peyğəmbər (s) səndən soruşan zaman ki, niyə mənim övladlarımı günahsız olduqları halda qətl etmisən, nə üzrün vardır, necə cavab verəcəksən?!”.

Mən bu sözləri eşidən zaman titrədim. Xidmətçi yanıma gəlib üstümə qışqırdı və istər-istəməz o qocanın da boynunu vurdum. Sonra bədənlərini və başlarını quyuya atdıq.

İndi düşünürəm ki, mən ki, Peyğəmbər (s) övladlarından 60 nəfəri qətl etmişəm, namaz və orucumun heç bir faydası yoxdur. Yəqinim vardır ki, cəhənnəmdə olacağam”.

Bax beləcə – qorxaqlıq, prinsipsizlik, məqam sahiblərinə yaltaqlıq, Allahdan yox, əmirdən qorxmaq adamı o hala gətirər ki, günahsız insanları qətlə yetirsin, ən böyük cinayətlərə qol qoysun, vacibləri tərk etsin və tövbə etmək tövfiqindən də məhrum olaraq, Allahın rəhmətindən məyus olsun.

Allah Təala cəmi insanları hər hansı rəzalətdən Özü saxlasın!




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930