Bütün millətlərin Qiyaməti bir gündə olacaqmı?
Mьəllif: admin1
Tarix: 12-11-2020, 22:00
Bütün millətlərin Qiyaməti bir gündə olacaqmı?
Quranda ayələr vardır ki, bütün millətlərin Qiyamətinin bir gündə olacağına dəlalət edir.

“(İsrafilin) surun(un üçüncü dəfə) çalınacağı gün! Biz həmin gün günahkarları (Məhşər səhnəsinə) çirkin və kor şəkildə toplayacağıq.

Onlar öz aralarında gizlincə danışarlar ki: (Dünyada və ya Bərzəx aləmində sanki) on gündən artıq qalmamısınız».

Biz onların (Məhşər səhnəsinə gətirildikdən sonra ömürlərini və ya Bərzəx aləmini əbədiliklə müqayisə edərək) dediklərini daha yaxşı bilirik.

O zaman onların həqiqətə ən yaxın olanı deyər: «Bir gündən artıq qalmamısınız». (Çünki azlıq və qısalıq baxımından bir gün on gündən daha düzgün və ədalətlidir).

Və səndən dağlar(ın taleyi) barəsində soruşurlar. De: «Rəbbim onları (toz-torpaq kimi) küləyə verəcəkdir».

Beləliklə, bunu (yeri) hamar, dümdüz və bomboş hala salacaqdır.

Belə ki, onda (yerdə) heç bir hündür-alçaqlıq görməzsən.

Həmin gün hamı haqqa çağırana tabe olar, nə dəvət edəndən bir səhv və əyrilik, nə də dəvət ediləndən bir sapma və itaətsizlik baş verər.

Rəhman olan Allahın qarşısında bütün səslər batar və yavaş nəfəs səsləri və aram ayaq sədasından başqa bir şey eşitməzsən.

Həmin gün (cəzanın tam aradan götürülməsi və ya silinməsi, yaxud məqamın ucaldılması barəsində) Rəhman Allahın icazə verdiyi və danışığını bəyəndiyi kəslərdən (peyğəmbərlər, mələklər və əməlisaleh insanlardan) başqa heç kəsin şəfaətinin xeyiri olmaz.

Allah onların (dünyadakı) keçmişlərini (ömür və əməllərini) və gələcəklərini (mükafat və cəzalarını) bilir və onlar öz hallarından və Allahın elmindən xəbərsizdirlər.

(Həmin gün batinin aynası olan) üzlər diri, əbədi və varlığı bərqərar saxlayan Allahın qarşısında zəlil və itaətkar olacaqlar.

Və əlbəttə, zülm yükü daşıyan kəs (Allahın mərhəmətinə) naümid olacaqdır.

Mömin olaraq yaxşı işlər görən kəs, əsla nə zülmdən və haqqın kəsilməsindən qorxar, nə də şəxsiyyətinin kiçildilməsindən!”. (“Taha” 102-112).

Allahın insanı xəlq etdiyi gündən bəri, çox zaman keçmişdir və saysız-hesabsız millətlər dünyaya gəlmişdir. Yuxarıdakı ayələrdən belə nəticəyə gəlmək olur ki, Qiyamət günü bütün millətlərin qiyaməti olacaqdır.

Çünki onların hamısı Allahın bəndəsidirlər və bir gündə məhşər səhrasına toplanacaqlar. Onların hamısı Qiyamət günü Allahın hüzurunda hazır olacaq və əməllərinə görə cavab verəcəklər. Yaxşı əməl sahibləri behiştə və pis əməl sahibləri isə cəhənnəmə gedəcəkdir.

Allah Təala o gündə bizlərə Öz lütf nəzərini salsın!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930