Necə edək ki, tövbəmiz həqiqi olsun?
Mьəllif: admin1
Tarix: 12-11-2020, 10:27
Necə edək ki, tövbəmiz həqiqi olsun?
Əxlaq alimlərinin nəzərinə görə, tövbə 3 haldan ibarət olmalıdır: elm, hal və əməl. Əgər kimsə həqiqi tövbə etmək istəyirsə, gərək bu üç mövzuya xüsusi əhəmiyyət versin.

Yəni, insan əvvəl günahın çirkinliyini dərk etməlidir. Sonra qəlbində peşmançılıq halı yaranmalıdır. Nəhayət əməldə günahını tərk edib, tövbə etməlidir.

Əgər insan günahı tərk edərsə, bu, Allahın inayəti sayəsində baş verər. O zamana qədər ki, İlahi lütf insana nəsib olmayıbdır, tövbənin həyata keçməsi imkansızdır.

Əllamə Təbatəbai buyurur: “Bəndənin tövbəsi – həsənədir və həsənənin gücə ehtiyacı vardır. Həsənəni yerinə yetirmək gücünü isə Allah verir”.

O, tövbənin amillərini hazırlayar və bəndəyə tövfiq verər ki, tövbə edə bilsin. Bəndəsinə Ona doğru qayıtması üçün şərait yaradar.

Ona görə də tövbə etməzdən əvvəl Allahdan yardım istəməli və ondan sonra tövbə mərhələsinə daxil olmaq lazımdır.

Əgər bəndə tövbə etməyi bacararsa, deməli İlahi lütf ona nəsib olmuşdur və bu lütfə görə Allaha şükür etməlidir.

Beləliklə deyə bilərik ki, həqiqi tövbə üçün üç halın olması mühümdür: elm, hal və əməlin.

Bunların meydana gəlməsi üçün isə Allahdan tövbə tövfiqi istəmək lazımdır. Yalnız bu zaman insanın etdiyi tövbə həqiqi tövbə olar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930