Şəhid Çamranın Allahla münacatı
Mьəllif: admin1
Tarix: 11-11-2020, 20:04
Şəhid Çamranın Allahla münacatı
Şəhid Çamranın Allahla münacatı bizim üçün örnək və nümunə ola bilər.

O, deyir: “Allahım, məni hidayət et! Çünki bilirəm ki, yolunu azmaq – necə təhlükəli bəladır.

Allahım, məni hidayət et! Zülm etməyim. Çünki bilirəm ki, zülm – necə xoşagəlməyən günahdır.

Allahım, məni hidayət et! Qoyma yalan danışım. Çünki yalan – çirkin zülmdür.

Allahım, məni möhtac etmə ki, kiməsə töhmət vurum. Çünki töhmət – zalımcasına xəyanətdir.

Allahım, mənə yol göstər ki, heç kəsin haqqını zay etməyəm. Bir insana ehtiramsızlıq edən, böyük Allaha küfr etmək kimidir.

Allahım, mənə qürur və təkəbbür bəlasından nicat ver ki, varlığımızın həqiqətlərini görüm və Sənin gözəl camalını müşahidə edim.

Allahım, istəyirəm ki, ehtiyacsız yoxsul olum. Maddi dünyanın cazibələri məni, Sənin gözəllik və əzəmətindən qafil etməsin”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031