Bu dünyanın 2 mühüm xüsusiyyəti
Mьəllif: admin1
Tarix: 11-11-2020, 12:01
Bu dünyanın 2 mühüm xüsusiyyəti
Qurani-Kərimin nəzərinə görə, dünyanın dəyəri yoxdur. Quran dünyanı iki cəhətdən məzəmmət edir.

1. Dünyanın həyatı tez keçəndir. “Və Qiyamət qopacağı gün günahkarlar and içəcəklər ki, (dünyada, yaxud öldükdən sonra) yalnız bircə saat qalmış (və ölümlə dirilmə arasında heç bir fasilə olmamışdır). Onlar(ın dünyada da) bu cür (səhv edib) azırdılar”. (“Rum” 55).

“Və (yada sal) o gün(ü) ki, (Allah) onları (dünyada, ya Bərzəx aləmində) sanki günün bir saatı qədər qalmamışlar kimi, bir-birlərinə tanışlıq verdikləri halda (Qiyamət meydanında) toplayacaqdır. (Həmin gün) Allaha qovuşacaqlarını təkzib edənlər mütləq ziyana uğrayıblar və (onlar) hidayətə qovuşanlardan deyildirlər”. (“Yunus” 45).

Bu ayələr müşriklərin Qiyamət günündəki halına işarə edir və buyurur ki, o günü yada sal ki, Allah onları məhşur edəcəkdir. Onlar elə biləcəklər ki, dünyadakı ömürləri ancaq bir saat çəkmişdir.

Dünyada bu qədər az müddətli olmağın səbəbi ona görədir ki, cavidan həyat qarşılığında dünya həqiqətən də bir saatlıq ömrə bənzəyir. Bu davamı olmayan dünya elə tez keçir ki, sanki bir saatdan çox çəkməmişdir.

2. Dünyanın mənfəəti azdır. “De: “Dünyanın mənfəəti azdır və təqvalılar üçün axirət daha yaxşıdır””. (“Nisa” 77).

Mənfəətin az olması o mənadadır ki, dünya nemətləri tez aradan gedəndir və davamlı deyildir. İnsan Qiyamət günü elə hiss edəcəkdir ki, dünya nemətlərindən ancaq bir gün və bir gecə bəhrələnə bilmişdir.

Beləliklə, deyə bilərik ki, dünya – insanın axirətə çatması üçün getməli olduğu bir körpüdür. Hər kim bu körpüyə müvəqqəti məkan kimi baxarsa, axirətdə səadət əhlindən olar.

Yox, əgər insan elə bilər ki, bu körpü onun həqiqi məkanıdır – Qiyamət günü müşriklər kimi ömrünün ancaq bir saat olduğunu zənn edər.

Dünya onu aldadar və Allahdan qafil edər. Ona görə də axirətdə məğlub olanlardan olar. Halbuki, Quran dəfələrlə buyurur ki, dünyaya bel bağlamayın və sizin əbədi yeriniz axirətdir.

Allah Təala qismət etsin ki, dünyaya düzgün münasibət bəsləyənlərdən olaq.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031