Bu 4 zikr hacətləri yerinə yetirər, qorxu və iztirabı aradan aparar, hiylə və məkri dəf edər
Mьəllif: admin1
Tarix: 11-11-2020, 11:54
Bu 4 zikr hacətləri yerinə yetirər, qorxu və iztirabı aradan aparar, hiylə və məkri dəf edər
Dua kitablarında elə zikrlər bəyan edilir ki, hacətlərin həyata keçməsinə yardım edirlər. Bu zikrlər insanı çətin anlarda sakitləşdirir, ruha hüzur verir.

İmam Sadiqdən (ə) belə bir hədis vardır ki, həmin zikrləri bizə tanıtmışdır. İmam (ə) buyurur: “Təəccüb edirəm o kəsə ki, 4 şeydən qorxur, ancaq bu 4 kəlməyə pənah aparmır.

1. Təəccüb edirəm o kəsə ki, qorxu ona qələbə çalmışdır, necə bu zikrə pənah aparmır:

حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ ("Həsbunəllah və ni'məl vəkil")

Halbuki, Allah bu zikrin ardınca buyurmuşdur: “Beləliklə, Allah tərəfindən olan bir nemət (sağlamlıq və salamatçılıq) və bəxşiş (yollarında olan ticarətdən götürdükləri qazanc) ilə onlara heç bir pislik və ziyan dəymədən qayıtdılar və Allahın razılığına tabe oldular. Allah böyük fəzl (mərhəmət və bəxşiş) sahibidir”. (“Ali-İmran” 174).

2. Təəccüb edirəm o kəsə ki, qəmgindir, ancaq bu zikrə pənah aparmır:

لَّا إِلَهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَالظَّالِمِينَ

("Lə ilahə illə ənt subhanəkə inni kuntu minəz-zalimin")

Çünki Allah bu zikrin ardınca buyurmuşdur: “Biz onun istəyini yerinə yetirdik və onu qəmdən (o böyük çətinlikdən) qurtardıq. Biz möminlərə bu cür nicat veririk”. (“Ənbiya” 88).

3. Təəccüb edirəm o kəsə ki, hiylə və məkrə məruz qalmışdır, ancaq bu zikrə pənah aparmır:

أُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ إِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ

("Ufəvvizu əmri iləllah innəllahə bəsirun bil-ibad")

Çünki Allah bu zikrin ardınca buyurmuşdur: “Beləliklə Allah onu onların hiylələrinin şərindən qorudu və fironçulara ağır bir əzab gəldi və onları bürüdü”. (“Ğafir” 45).

4. Təəccüb edirəm o kəsə ki, dünya və onun gözəlliklərinin istəyindədir, ancaq bu zikrə pənah aparmır:

مَا شَاء اللَّهُ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ

("Maşallah lə quvvətə illə billəh")

Çünki Allah bu zikrin ardınca buyurmuşdur: “Əgər məni mal və övlad baxımından özündən aşağı görürsənsə (bu elə də mühüm bir iş deyildir)”.

“Ola bilsin Rəbbim (dünyada, ya axirətdə) mənə sənin bağından daha yaxşısını əta etsin”. (“Kəhf” 39-40).

Başqa yerdə İmam Cəfər Sadiq (ə) buyurur: “Nə zaman hakim və ya bir başqası tərəfindən sənə qəm çatarsa, bu zikri çoxlu de:

لا حَوْلَ وَ لا قُوَّهَ اِلَّا بِاللهِ


(“Lə həulə və lə quvvətə illə billəh”)

O, behişt xəzinələrindən biridir”.



/Deyerler.org/

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031